Xəbər lentiwidget-title-icon

Gənclər niyə müəllim olmaq istəmir?
Prezident hərbçilərə ali rütbələr verib - SİYAHI
Sertifikasiya xeyli yüngülləşə bilər - Müəllimlər üçün iki güzəşt təklifi
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO
Prezident Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOLAR
İngilis dili dərsliklərində ciddi problem - “Şagirdlər danışmağı öyrənə bilmir”
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı olub
Məktəblilər arasında esse müsabiqəsi keçiriləcək
Peşə təhsili müəssisələrində karyera mərkəzlərinin sayı artırılacaq
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək
Qələbəmizin izləri adlarda: Zəfər adı daşıyan uşaqların SAYI
Bağçalarda 7 minə yaxın şəxsin ixtisası uyğun deyil - Sertifikasiyada nə baş verəcək?
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək

Gənclər niyə müəllim olmaq istəmir?

Abituriyent artıq bilir ki, müəllim olsa, gələcəkdə iş tapmaq məsələsi çətinləşəcək.

Tehsilmedia.org bildirir ki, bu sözləri "AzEdu Podkast"da təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.

O, qeyd edib ki, 16-17 yaşlı uşaqlar əmək bazarını elə araşdırırlar ki, adam yaxşı mənada heyrətlənir. Vallah, heç müəllimin nəsə deməyinə ehtiyac da yoxdur, özləri hər şeyi öyrənirlər. Bu gün onların internetə və süni intellektə çıxış imkanları digərlərindən az deyil, hətta artıqdır. Abituriyent artıq bilir ki, müəllim olsa, gələcəkdə iş tapmaq məsələsi çətinləşəcək.

İndi deyə bilərlər ki, yeni nəsil tənbəldir, işləmək istəmir, çünki müəllimlik hər zaman öyrənməyi, araşdırmağı tələb edən ixtisasdır. Yəni, guya bu gənclər öyrənməyə meyilli deyillər, sadəcə rahat, stabil bir iş istəyirlər ki, günlərini keçirsinlər... Bu yanaşmaya hörmətlə yanaşıram, ama icazənizlə, mən bir az fərqli düşünmək istəyirəm.

Mən artıq gənclik dövrünü geridə qoymuş sayılıram və nə yalan deyim, bu məsələdə onlarla razıyam. Çünki ən çox dostum olan ixtisas sahibləri məhz müəllimlərdir. Görürəm ki, MİQ müsabiqəsində ən yüksek bal toplayan müəllim belə işə düzəlməkdə çətinlik çəkir.

Bəs məsələ nədən ibarətdir? Bizim əsas problemimiz odur ki, müəllimlik ixtisasını bitirənlər üçün iş variantları çox azdır və onlar ancaq dövlət məktəblərindən asılı qalırlar. Məltəm xanım, bizdə özəl məktəblərin sayı çox azdır, cəmi 33 özəl məktəb var, onların da əksəriyyəti tək bir korpusdan ibarətdir.

Əgər özəl məktəblərimizin sayı artsa, olanların da regionlarda Lənkəranda, Gəncədə, Yevlaxda filialları açılsa, onda yeni məzun görər ki, onun üçün alternativlər var. O, tamamilə dövlət məktəblərindən asılı qalmaz. Yazıq uşaqlar da bilimirəm bu incəliyi bilirlər, ya yox...

İkinci məsələ: xarici təcrübədə müəllimlər üçün müstəqil sosial layihələr var. Adam var ki, fizika və ya riyaziyyat müəllimliyini bitirir, amma məktəbdə işləmək ona maraqlı gəlmir. Çünki başqa sosial layihələr var məsələn, ömürboyu təhsil layihələri (lifelong education). Vaxtilə oxumaq imkanı olmayan 50 yaşdan yuxarı şəxslər üçün ayrıca tədris saatları hazırlanır. Adam gedib 16 yaşlı şagirdlərlə deyil, məhz həmin yaşlı insanlarla işləyir.

Bax, belə pedaqoji layihələr olsa, müəllimliyə maraq artacaq. Amma təbii ki, bütün uşaqların sırf bu səbəbdən müəllimliyə getmədiyini də iddia etmirəm, başqa səbəblər də var. Bu gün müəllimlik ixtisasına olan marağı və sevgini mütləq qorumalıyıq.

Oxşar xəbərlər

Bütün xəbərlər