Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

"Uşaqların dünyası oyuncaqlardan – kuklalardan, teatrın dünyası isə Kukla Teatrından başlayır"

"Uşaqların dünyası oyuncaqlardan – kuklalardan, teatrın dünyası isə Kukla Teatrından başlayır"

 

Rəşad Əhmədzadə: "Kukla Teatrının aktyorlarının bütün səhnə ömrü, yaradıcılıq həyatı şirmanın və ya üzlüyün arxasında keçir. Yəni digər teatrlarda 20 aktyor varsa, ən azı 10-u artıq tanınır. Bizdə isə 25 nəfərdən bir-ikisi tanınır, o da əsasən çəkildikləri verilişlərin hesabına”. 

"Kaspi" qəzetinin yazısını təqdim edirik:

Uşaqların dünyası oyuncaqlardan – kuklalardan, teatrın dünyası isə Kukla Teatrından başlayır. Hər iksinin başlanğıcı kuklalardır. Bəli, yolumuz Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrınadır. Həmsöhbətimiz teatrın direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadədir.

"Uşaqlar ən təmiz tamaşaçıdır”

"Teatr mənim üçün çox önəmlidir”, – deyir Rəşad bəy: "Teatr fəaliyyətinə səhnə maşinistliyindən başlamışam. Musiqili Teatrda direktor müavini, Kukla Teatrında direktor vəzifəsinə qədər gəlmişəm. Bütün teatrların istənilən yaradıcı insanı mənim üçün çox əzizdir. Kukla Teatrı mənə o biri teatrlardan bir az daha yaxındır. Çünki 1996-cı ildən burada fəaliyyət göstərirəm. Bütün teatrların aktyorları eyni universiteti bitirib, eyni təhsili alıb. Amma səhnə məsələsinə gəlincə, Kukla Teatrının aktyorlarının bütün səhnə ömrü, yaradıcılıq həyatı şirmanın və ya üzlüyün arxasında keçir. Yəni digər teatrlarda 20 aktyor varsa, ən azı 10-u artıq tanınır. Bizdə isə 25 nəfərdən biri-ikisi tanınır, o da əsasən çəkildikləri verilişlərin hesabına. Düşünürəm ki, onlara mən tərəfdən dəstək daha çox olsa, yaxşıdır. Universiteti bitirən uşaqlar bəzən bura müvəqqəti – 1-2 illik işləməyə gəlirlər ki, sonra başqa teatra getsinlər. Amma çox vaxt dəvət alsalar da, getmirlər. Yəqin ki, uşaqlarla ünsiyyətdən, uşaqlar üçün oynamaqdan daha böyük zövq alırlar. Uşaqlar ən təmiz tamaşaçıdır. Onları aldatmaq, hər hansı maraqsız tamaşanı maraqlı adıyla təqdim etmək də mümkün deyil”.

"Yaşar Nuri kimi istedadlı aktyorumuz dedi ki...”

Kukla Teatrının aktyorlarının fərqindən, işlərinin çətin tərəflərindən də danışdı Rəşad bəy: "Plastikası olmayan aktyor bəlkə də başqa teatrlarda işləyə bilər. Amma Kukla Teatrında bu mümkün deyil. Çünki kuklaidarəetmədə ilk şərt aktyorun plastikasıdır. Çünki o, istər-istəməz aktyorun kuklasına köçür. Təsəvvür edin, aktyor səhnəyə çıxmaq üçün tamaşanın sözlərini əzbərləməli, tələffüzünü müəyyənləşdirməli, səsini dəqiqləşdirməlidir. Üstəlik, 5-6 kq ağırlığında kuklanı bir saat ərzində səhnədə saxlaya bilməlidir. O qədər məşhur aktyorlar olub ki, gəlib hər hansısa obrazı canlandırmağa. Amma kuklayla 3-5 məşqdən sonra alınmayıb. Yaşar Nuri kimi istedadlı aktyorumuz "Məşədi İbad”ı oyanayada 1-2 məşqdən sonra dedi ki, bəlkə kuklasız oynayım? Digər səhnələrdə aktyorun ancaq özü oynayır, amma burada mimika, intonasiya, jestlər də kuklaya köçməlidir”.

"Teatr var və həmişə də olacaq”

Rəşad bəy başqa bir məqama da toxundu: "Bəzən deyirlər ki, teatr ölüb! Xeyr! Belə bir şey yoxdur! Tamaşaların hamısı, demək olar, anşlaqla keçir. Narazılıq edənlərsə heç vaxt teatra getməyənlərdir. Soruşursan, heç yadına düşmür ki, nə vaxt teatra gedib. Texnologiyanın yüksək inkişafı dövründə yaşayırıq. Fikir var ki, bu, teatra, teatrın inkişafına mənfi təsir edəcək. Mən belə düşünmürəm. Teatr var və həmişə də olacaq. Çünki teatrın öz tamaşaçısı var. Teatr bu baxımdan bəxti gətirməyən sahədir. Elə təzə nə yaranıb, deyiblər ki, vəssalam, teatr dəbdən düşəcək. Amma inanın ki, əlində planşetlə zala daxil olan uşaqlar belə, tamaşa başlayan kimi, planşeti bir tərəfə atıb, maraqla izləyiblər. Yəni tamaşa yaxşıdırsa, maraqlıdırısa, uşaq ona baxacaq”.

"Bizdə əsas fikir tamaşaçınındır”

"Repertuar əsasən uşaqların reaksiyasına uyğun yenilənir, müəyyənləşdirilir”, - deyir Rəşad bəy: "Təxminən 10 tamaşadan sonra bəyənilib-bəyənilmədiyini müzakirə edirik. Xoşa gəlməyən tamaşanı repertuarda saxlamağın mənası yoxdur.  Hazırda dünya və öz klassikamız, üstəlik müasir əsərlərdən ibarət 44 tamaşalıq repertuarımız var. Rejissorun, bəstəkarın – hamının baxış bucağına hörmətlə yanaşırıq. Amma bizdə əsas fikir tamaşaçınındır. O bəyənirsə, bilet satılırsa, deməli, alınıb. Amma tamaşaçı qəbul etməyibsə, deməli, işimizdə bir dəyişiklik etməliyik. İşimiz digər teatrlardan həm də ona görə fərqlənir ki, biz həm uşaqları razı salmalıyıq, həm də valideynləri. Çünki valideyn bəyənməsə uşağını gətirməyəcək, uşaq bəyənməsə, valideyn gətirsə də, içəri girməyəcək. Yəni işimiz ikiqat çətinləşir. Bizim teatrımız digər teatrlara tamaşaçı hazırlayır. Axı bura lap balacalar gəlir. Tamaşaçının zövqünü korlamağa haqqımız yoxdur. Repertuarımız yüz ölçülüb, bir biçilir. İşimiz həm də uşaqlarda teatra sevgi yaratmaqdır”.

"Teatrın kuklaları bizim üçün canlıdır”

Rəşad bəy deyir ki, teatrın kuklaları bizim üçün canlıdır: "Yaranmağa başladığı ilk gündən necə hazırlanmasını izləyir, əlinə alır, hiss edirsən. Tam hazır olana qədər yavaş-yavaş ona alışırsan. Kuklanın bütün mexanizmi aktyorun fiziki ölçülərinə, əlinə uyğun hazırlanır. Beləliklə, kukla aktyorla doğmalaşır”.

Rəşad bəy deyir ki, 15 il əvvəl onların hansısa bir festivala getmələri müşkül məsələ olub: "Tamaşanın videosunu göndərməliydik, seçilsə, müsabiqədən keçsə, gedə bilərdik. Dəfələrlə ölkəmizdə beynəlxalq teatr festivalları keçirildi. Xarici ölkə teatrları bizi, biz onları izlədik. Yəni yaradıcılıq  mübadiləsi getdi. Son 5-6 ildə festivallara demək olar ki, müsabiqəsiz gedirik, bizdən heç video tələb olunmur. Hətta 90 faiz bütün xərclərimizi də dəvət edən tərəf qarşılayır. Dövlət proqramının bizə daha bir böyük xeyri o idi ki, bəzi kuklaları xaricdə sifariş etməli olurduq. Amma indi hamısı burada hazırlanır”. 

Söhbətləşdi: Xanım Aydın
Foto: Əhməd Hətəmzadə

Oxşar xəbərlər


Bütün xəbərlər

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır