Xəbər lentiwidget-title-icon

Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb
Məktəbəhazırlıq qruplarında yeni dərsliklər sınaqdan keçirilib
Bağça müəllimlərinin sertifikasiya tarixi DƏYİŞDİ
TOEFL iBT imtahanı keçiriləcək
Məktəb psixoloq axtarır
Elm və təhsil nazirinin dekabr qəbulu açıqlanıb
MİQ üzrə vakant yer seçiminin nəticələri elan edilib

Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib

Noyabrın 27-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2026-2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinin və pedaqoji şuraların fəaliyyətini tənzimləyən yeni əsasnamələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Tehsilmedia.org xəbər verir ki, görüşü giriş sözü ilə açan Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman peşə təhsili sahəsində həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər, eləcə də peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əsas prioritetlər və gözləntilər barədə məlumat verib.

Daha sonra Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı Rəbiyyə Museyibzadə 2026–2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə dair təqdimatla çıxış edib. Təqdimatda 2021–2022-ci tədris ilindən etibarən tələbə qəbulunun dinamikası, plan yerləri və faktiki qəbul göstəriciləri, həmçinin ixtisaslar və təhsil müəssisələri üzrə qəbul nəticələri müqayisəli şəkildə təhlil olunub. Bununla yanaşı, qəbul olunan tələbələrin demoqrafik göstəriciləri və peşə təhsili məzunlarının məşğulluq vəziyyətinə dair məlumatlar təqdim edilib.

Görüşün davamında Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı Turan Sadıqlı Elm və Təhsil Nazirliyinin Kollegiyasının 6 oktyabr 2026-cı il tarixli KQ-09 nömrəli qərarı ilə təsdiq edilmiş peşə təhsili müəssisələrinin pedaqoji şuralarının fəaliyyətini tənzimləyən əsasnamələrə dair təqdimatla çıxış edib. Təqdimatda “Dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”, “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə” və “Xüsusi peşə təhsili müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə” barədə ətraflı məlumat verilib. Həmçinin pedaqoji şuraların formalaşdırılması, fəaliyyətinin təşkili, səlahiyyətləri və təhsil müəssisələrinin idarə olunmasında rolu ilə bağlı əsas müddəalar diqqətə çatdırılıb.

Görüşün sonunda peşə təhsili müəssisələrinin rəhbərləri ilə tələbə qəbulunun nəticələri, mövcud çağırışlar, yeni normativ hüquqi tələblərin tətbiqi və qarşıda duran prioritet vəzifələr ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər