Xəbər lentiwidget-title-icon

“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR
Peşə təhsilində illərdir gözlənilən yeniliklər ediləcək
Müəllim ixtisaslarının plan yeri yenə də azaldılacaq - SƏBƏB
"356 min məzuna diplom elektron formatda verilib"
90 min müəllimin maaşına əlavə ediləcək
“Magistr üçün 2 illik müddət o qədər də vacib deyil” – Təhsil tədqiqatçısı
Peşə məktəblərinə qəbul bu gün yekunlaşır
"Həndəsəni düzgün təsvir etsək..." – Məktəblərdəki 38%-lik nəticəni necə dəyişməli?
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
500 mindən çox şagird dərsə başlayır
Sabahdan Bakı metrosunda intervallar azaldılır
Emin Əmrullayev “SABAH.city” barədə paylaşım edib
Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı BAŞLAYIR
Maddi çətinlik yaşayan şagirdlərə yeni dəstək
Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət
Təhsil Nazirliyi Özbəkistanda beynəlxalq qalmaqala səbəb oldu - Köhnə rüsvayçılıq, yeni qalmaqal
UNEC-də tələbələr üçün mobil tətbiq istifadəyə verilib
Beynəlxalq elm müsabiqəsinin nəticələri açıqlanıb
Lənkəranda qızlar üçün rəqəmsal bacarıq və karyera proqramı başlayıb
26 şagird toyuq dönərindən zəhərlənib
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur

BDU-da “XXI əsrdə Azərbaycanın ali təhsil sistemi və innovasiyalar” mövzusunda görüş keçirilib - FOTO

BDU-da “XXI əsrdə Azərbaycanın ali təhsil sistemi və innovasiyalar” mövzusunda görüş keçirilib - FOTO

Elm va Təhsil Nazirliyinin (ETN) təşəbbüsü, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı, ETN-ə tabe qurumların, ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, qloballaşan dünya ali təhsil sistemində innovasiyaların tətbiqi ilə bağlı yeni yanaşmalar tələb edir. Hər bir ölkənin ictimai, siyasi, iqtisadi, hərbi təhlükəsizliyi üçün milli kadrlara böyük ehtiyac var. Bu baxımdan keçirilən tədbir ali təhsil müəssisələri və elmi-tədqiqat institutları üçün mühüm əhəmiyyət daşıyır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova da tədbirin önəminə diqqət çəkərək, ali təhsilin elmsiz mümkün olmadığını vurğulayıb. O, rəhbərlik etdiyi qurumun ölkədə elm və təhsilin daha da inkişaf etdirilməsi və elmin maliyyələşməsinin mexanizmləri üzərində çalışdığını diqqətə çatdırıb.

Tədbirdə fizika-riyaziyyat elmləri doktoru, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Türkiyənin Bilkənt Universitetinin professoru Əmirulla Məmmədov "XXI əsrdə Azərbaycanın ali təhsil sistemi ve innovasiyalar" mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanda ali təhsilin bu günü və gələcəyindən bəhs edən natiq bildirib ki, dünyada təhsil həm fərdləri, həm də cəmiyyəti yenidən formalaşdırmaq üçün ən güclü alətlərdən biridir: “Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, təhsil vacibdir, çünki yeni şeylər öyrənməyimizə, dünyanı daha yaxşı anlamağımıza və gələcəkdə inkişaf imkanımızın yüksəlməsinə kömək edən vasitədir”.

O, dünyada ən yaxşı ali təhsil sisteminə malik ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya, İrlandiya və İsveç kimi ölkələrin təcrübələrini bölüşüb. Qeyd edib ki, universitetlərin elmi fəaliyyəti onun nüfuzunun göstəricilərindən biridir. Universitet nə qədər çox tədqiqat aparsa, onun şöhrəti də bir o qədər yüksək olur. Nüfuzlu universitet təkcə büdcə və elmi nəşrlərin sayı kimi obyektiv amillərə görə deyil, kampus həyatı ilə də liderlik əldə etməlidir.

Daha sonra alim dünya təhsil sistemlərindəki təhsil tipləri və müasir universitet modelləri (Almaniya, Böyük Britaniya universitetlərinin timsalında) haqqında fikirlərini dinləyicilərin nəzərinə çatdırıb və Azərbaycanın ali təhsil sisteminin inkişafı üçün təkliflərini səsləndirib. Azərbaycanda 4 fərqli universitet modeli yaratmağı təklif edən alim bildirib ki, ölkədə xüsusi statusu, fərqli büdcəsi və muxtariyyətı olan Dövlət Əhəmiyyətli Tədqiqat Universitetinin (DƏTU) yaradılması ali təhsilin inkişafına töhfə verə bilər. Bu cür universitetlər özlərinin unikal və təkrarolunmaz imicini formalaşdıra bilərlər. Bu da onlara elmi-təhsil və ideya potensiallarını ortaya qoyaraq, cəmiyyətin, ölkənin həyat keyfiyyətini ucaldan və milli iqtisadi sabitliyə töhfə verən yeni yüksək texnoloji proseslerin, məhsulların yaradılmasında liderlik etməyə imkan yaradar.

Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Aparat rəhbəri Gülarə Tağızadə, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Neman Muradlı, Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rektoru Qulu Novruzov mövzu ilə bağlı fikirlərini bildiriblər.

BDU-da “XXI əsrdə Azərbaycanın ali təhsil sistemi və innovasiyalar” mövzusunda görüş keçirilib - FOTO

BDU-da “XXI əsrdə Azərbaycanın ali təhsil sistemi və innovasiyalar” mövzusunda görüş keçirilib - FOTO

BDU-da “XXI əsrdə Azərbaycanın ali təhsil sistemi və innovasiyalar” mövzusunda görüş keçirilib - FOTO

BDU-da “XXI əsrdə Azərbaycanın ali təhsil sistemi və innovasiyalar” mövzusunda görüş keçirilib - FOTO

BDU-da “XXI əsrdə Azərbaycanın ali təhsil sistemi və innovasiyalar” mövzusunda görüş keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər