Xəbər lentiwidget-title-icon

Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Məktəbə gedəcək şagirdlərin sayı sürətlə azalır: rəqəmlər nə deyir?
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib - FOTO
Təhsil haqları artırıldı - Tələbələr ayağa qalxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib - İlqar Bayramlıdan sakit təyinat
Magistratura və doktoranturanı bitirən zabitlər rütbəni 1 il tez alacaqlar
Tələbələrə BakıKart ödənişləri ilə bağlı ŞAD XƏBƏR
Bilik Gününə həsr olunmuş intellektual yarış keçirilib
Böyük fürsətlər, real çətinliklər: Azərbaycanda tələbə olmaq nə qazandırır, nəyi alır?
Emin Əmrullayevin Yardımlıdakı vətəndaş qəbulunun vaxtı dəyişib
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
“Buraxılış imtahanlarının məzmununda dəyişikliklər nəzərdə tutulmalıdır”
Bu siniflərin dərs saatı artırılıb
Məktəblərin tədris planları TƏSDİQLƏNİB
Kitab oxuyanlara pul veriləcək
MİQ imtahanları birbaşa universitetlərdə keçirilsin - TƏKLİF
“Uşağa "artıq oyun qurtardı" deməyin” - Pedaqoqdan valideynlərə XƏBƏRDARLIQ
Emin Əmrullayevin psixoloqlarla bağlı açıqlamasına ekspertdən DƏSTƏK
Şagirdlərin davamiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülməlidir? - CAVAB
Övladlarının əməlinə görə məktəbə çağırılan valideynlərə XƏBƏRDARLIQ EDİLDİ
"Müəllim sinifdə bu problemlərlə tək qalır" - Əməkdar müəllimdən AÇIQLAMA
ARTİ-də doktoranturaya qəbul imtahanı keçirilib
Türkiyədə qeyri-adi hadisə: Bir məktəbdə 27 cüt əkiz təhsil alır

Bölgələrdə sertifikatlaşdırma imtahanları izlənilib

Bölgələrdə sertifikatlaşdırma imtahanları izlənilib

İyunun 22-də müəllimlərin sertifikatlaşdırma imtahanlarının gedişatını izləmək üçün Elm və Təhsil Nazirliyinin əməkdaşları və Təhsil İnstitutunun rəhbərliyi bölgələrə səfər ediblər.

Bu barədə "tehsilmedia.info"a Elm və Təhsil Nazirliyindən bildirilib.

Nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovla birgə Bərdə şəhəri N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə təşkil edilmiş imtahan prosesini izləyib. 

Eşqi Bağırov bildirib ki, davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır. Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur. Müəllimlərin bilik və bacarıqlarının sertifikatlaşdırma vasitəsilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə çatmağı ifadə edir. 

Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri üzrə imtahanlar Ağcabədi şəhəri 11 və Bərdə şəhəri 3 nömrəli tam orta məktəblərdə yaradılmış mərkəzlərdə keçirilir.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfovla birlikdə Lənkəran şəhəri A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə keçirilən sertifikatlaşdırma imtahanlarını izləyib.

İmtahan prosesini izləyən Rüfət Əzizov qeyd edib ki, sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün stimul yaradır. Onlar tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyir, peşə ilə bağlı bilik və bacarıqlarını artırmaq imkanlarından faydalanırlar.

Qeyd edək ki, sertifikatlaşdırma imtahanları Lənkəran – Astara Regional Təhsil İdarəsi üzrə 1 mərkəzdə təşkil olunub. Lənkəran şəhərində keçirilən imtahanlara Astara, Lənkəran, Lerik və Yardımlı rayonlarının müəllimləri cəlb olunublar.

Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev Gəncə şəhərinə səfəri çərçivəsində İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə sertifikatlaşdırma imtahanlarının təşkili prosesi ilə yaxından tanış olub.

Səbuhi Rzayevin sözlərinə görə, təcrübə və müşahidələr göstərir ki, şagirdlərin məktəbə qəbulu prosesində valideynlər seçim zamanı qiymətləndirmə nəticəsi yüksək olan müəllimlərə üstünlük verirlər.  

Qeyd edək ki, Gəncədə sertifikatlaşdırma imtahanlarının keçirildiyi mərkəzdə valideynləri ilə gələn uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə onlar üçün əyləncə sahəsi müəyyənləşdirilib. Həmin sahədə pedaqoqlar tərəfindən müxtəlif oyun və maarifləndirici fəaliyyətlər həyata keçirilir.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Azərbaycan – Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov və digər qonaqlar Şamaxı şəhəri 2 və 6 nömrəli tam orta məktəblərdə keçirilən sertifikatlaşdırma imtahanlarını izləyiblər.

Bildirilib ki, sertifikatlaşdırma imtahanları Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 3 mərkəzdə təşkil olunub. Şamaxı şəhərində keçirilən imtahanlara Dağlıq Şirvan, Mərkəzi Aran və Şəki – Zaqatala regional təhsil idarələrinə aid müəssisələrdə çalışan 1 805 müəllim cəlb olunub. 

İmtahan prosesini izləyən Cəsarət Valehov qeyd edib ki, sertifikatlaşdırma nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsi yoxlanılarkən  onların təlim ehtiyacları müəyyən edilir. Bununla yanaşı, müəllim peşəkarlığının başlanğıc  pilləsi müəyyən  edilməklə  sertifikatlaşdırma nəticələri əsasında müəllimlərin peşə standartlarının səviyyələri təsbit olunur. 

Qeyd edək ki, sertifikatlaşdırma imtahanları 20-24 iyun tarixlərini əhatə edir.

Oxşar xəbərlər

Bütün xəbərlər