Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Beynəlxalq Türk Akademiyası “Gənc Türkoloqlar Yay Məktəbi” təşkil edib - FOTO

Beynəlxalq Türk Akademiyası “Gənc Türkoloqlar Yay Məktəbi” təşkil edib - FOTO

Bişkekdə Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı və Türkiyə Elmlər Akademiyası, Qırğızıstan-Türkiyə Manas Universitetinin dəstəyi ilə “Gənc Türkoloqlar Yay Məktəbi”nin açılışı olub.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan məlumat verilib.

Bildirilib ki, tədbirdə Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffər Şəkər, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alpaslan Ceylan, Türk dünyasının, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstanın tanınmış ali təhsil ocaqlarının professorları, Türkiyə, Türkmənistan, Özbəkistan, Macarıstan, Monqolustan, Bosniya və Herseqovina, Şimali Makedoniya, Şimali Kipr Türk Respublikası, Başqırdıstan və Tatarıstandan olan gənc alimlər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev türkologiyanın dəyərlərə əsaslanan və müasir dövlət quruculuğunu hədəfləyən bir elm sahəsi olduğunu söyləyib. O, türkoloqların bir-biri ilə ortaq məsələlərin müzakirəsini aparmasının vacibliyini vurğulayıb. Şahin Mustafayev çıxışının sonunda gənc alimlərə uğurlar arzulayıb və tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Türkiyə Elmlər Akademiyasına və Qırğızıstan-Türkiyə Manas Universitetinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi “Gənc Türkoloqlar Yay Məktəbi” türkşünaslıq, türk tarixi, türk ədəbiyyatı, antropologiya, mədəniyyətşünaslıq və arxeologiya sahələrində çalışan və tədqiqatlar aparan gənc alimlərə dəstək məqsədilə keçirilib.

Yay Məktəbi gənc alimlərə bir-birini daha yaxından tanımağa, öz layihələrini və tədqiqatlarını təqdim etməyə, yeni biliklər əldə etməyə və peşəkar şəbəkələr yaratmağa imkan verir. Məktəb çərçivəsində gənc alimlər Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı üzrə nəzəri və tətbiqi biliklərini dərinləşdirəcəklər.

İyunun 26-dək keçiriləcək Yay Məktəbi çərçivəsində Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı ilə bağlı gündəlik mühazirələr və texniki seminarlar, işçi qruplarda müzakirə sessiyaları və mədəni tədbirlər reallaşacaq.

Yay Məktəbi çərçivəsində “Türk dünyası” anlayışı, türk dövlətlərinin tarixi, Türk dünyasının arxeologiyası, Türk dünyasının sənət və düşüncə tarixi, türk dillərinin xüsusiyyətləri və müasir türk dilləri, Türk dünyası mifologiyası, Türk dünyasının əfsanə və nağılları işıqlandırılacaq.

Tədbirin sonunda iştirakçılar Yay Məktəbinin mövzuları üzrə məruzə hazırlamaq və əldə etdikləri nəticələri alimlərlə müzakirə etmək imkanı əldə edəcəklər.

Beynəlxalq Türk Akademiyası “Gənc Türkoloqlar Yay Məktəbi” təşkil edib - FOTO
Beynəlxalq Türk Akademiyası “Gənc Türkoloqlar Yay Məktəbi” təşkil edib - FOTO
Beynəlxalq Türk Akademiyası “Gənc Türkoloqlar Yay Məktəbi” təşkil edib - FOTO
Beynəlxalq Türk Akademiyası “Gənc Türkoloqlar Yay Məktəbi” təşkil edib - FOTO
Beynəlxalq Türk Akademiyası “Gənc Türkoloqlar Yay Məktəbi” təşkil edib - FOTO
Beynəlxalq Türk Akademiyası “Gənc Türkoloqlar Yay Məktəbi” təşkil edib - FOTO
Beynəlxalq Türk Akademiyası “Gənc Türkoloqlar Yay Məktəbi” təşkil edib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər