Xəbər lentiwidget-title-icon

Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib

İmtahandan əvvəl stresi atmağın yolları | ABİTURİYENTLƏRƏ MƏSLƏHƏT

İmtahandan əvvəl stresi atmağın yolları | ABİTURİYENTLƏRƏ MƏSLƏHƏT

İmtahandan əvvəl demək olar ki, bütün insanlar həyəcan, stres keçirir. Bu həyəcanı sinir sistemindən asılı olaraq kimisi az, kimisi isə çox keçirir.

İmtahan stresi həm psixoloji, həm də fizioloji olaraq mənfi nəticələrə gətirib çıxarır. Bu, hər bir şəxsdə fərqli olur. Ümumi halda isə göstəricilər belədir:
*fiziki olaraq tərləmə
*yorğunluq
*qarın ağrısı
*baş ağrısı
*yuxusuzluq
*iştahsızlıq (həddən artıq iştah)
*baş fırlanması
*ürək bulantısı
*qusma
*əzələlərdə gərginlik hissi və dişləri sıxma.
Stres abituriyentin əsas düşmənidir

Stres abituriyentin düşmənidir.
Bunlarla yanaşı, unutqanlıq, diqqət dağınıqlığı, oxuduğunu anlaya bilməmək, daim əsəbi və gərgin olmaq, özünə qapanmaq kimi psixoloji hallarla da müşayiət olunur. Qayğılı düşüncələr nəticəsində abituriyentdə özünüqiymətləndirmə aşağı düşür və özünə olan güvəni azalır.
Bir çox abituriyentin imtahanda uğur əldə edə bilməməsinin səbəbi öyrəndikləri biliklərin az olması deyil, hiss etdikləri imtahan qorxusudur. Stres və qorxu abituriyentin imtahanda diqqətini toplamasına əngəl olur.

Necə qurtulmalı?

Mütəxəssislər aparılan araşdırmaların nəticəsində problemin həlli yollarını tapıblar.
Şagirdləri stresi bir yük kimi görmək yerinə, dəstəkləyici bir nüans olaraq görməyə yönləndirin.
Araşdırmada imtahandan əvvəl edilən 10 dəqiqəlik sadə bir yazı vərdişiylə şagirdlərin stresi, onlara kömək edə biləcək, “faydalı və enerjiverici güc” olaraq görmələri müşahidə olunub.
İmtahan öncəsi bunu mütləq edin

İmtahan öncəsi nələr edilməlidir?

Kristofer Rozek, Serarda Ramırez, Raçel Fayn, və Siin Beylok adlı 4 psixoloq məktəbdə biologiya dərsi tədris olunan 1175 şagirdi 1 il müddətində müşahidə ediblər. Nəticədə onlar stresin vacib imtahanlarda uğur qazanmaq üçün böyük əhəmiyyət kəsb etdiyi qənaətinə gəliblər.
Test qorxusu ilə şagirdlərin çoxu uğursuz olacaqlarına inanırlar. Ancaq onları neqativ fikirlərdən azad olmağa, stresi pozitiv bir güc olaraq görməyə təşviq edən 10 dəqiqəlik yazı vərdişləri daha yaxşı nəticə göstərmələrinə səbəb olub. Həmin araşdırmada buraxılış və qəbul imtahanlarından əvvəl abituriyentlər imtahanlar haqqında qorxularını və istəklərini yazaraq öz qorxuları ilə üzləşiblər.

Stres faydalı bir vasitə ola bilər.

Stres mütləq pis bir hiss olmaq məcburiyyətində deyil. Psixoloq Kelli Makqonikal stresi fərqli bir şəkildə görməyin insanların daha uğurlu olmasına yardımçı olacağını deyir: “Çox tez döyünən ürəyiniz sizi məcəraya hazırlayır. Daha tez-tez nəfəs almağınız problem deyil. Bu o deməkdir ki, beyninizə daha çox oksigen gedir”.

Xroniki stres ciddi sağlamlıq problemlərinə yol aça bilər, ancaq, qısa müddətlik stres diqqət və yaddaş qabiliyyətini artırdığı üçün faydalı ola bilər.
Az stres məsuliyyətsizliyə, çox stres isə qabiliyyət azlığına səbəb olur.
1908-ci ildə Robert Yerkes və Con Dodson adlı iki psixoloq stres ilə öyrənmək arasındakı münasibətə dair bildiklərimizin təməli olan sadə bir araşdırma ediblər. Onlar çətin sınaqlarda uğurlu olmaq üçün ortalama səviyyədə stresin ideal olduğunu müşahidə ediblər.
Az stres məsuliyyətsizliyə, çox stres isə qabiliyyət azlığına səbəb olur.

Stres nələrə səbəb olur?

Əslində qayğının müəyyən səviyyədə olması təbii haldır, hətta imtahanın uğurlu olmasına belə kömək edir. Belə ki, bu orta səviyyədə olan qayğı, şagirdləri motivə edir.

Əylənmək də yaxşı təsir edir.

Əylənmək stresə yaxşı təsir edə bilir.
Yaşadığınız qorxunu imtahandan, dərsdən başqa əyləncələrə də vaxt ayıraraq unuda bilərsiniz. Bəzən abituriyentlər imtahana hazırlaşdıqları ərəfədə əyləncədən və idmandan uzaq dururlar, bunları vaxt itkisi sayırlar. Əslində isə şagirdlər arabir öz əyləncələrinə vaxt ayırmalıdırlar. Bu, beynin dincəlməsinə yardım edir. Nəticədə, yeni biliklərin öyrənilməsi asanlaşır. Əgər siz əyləncə və dərs oxumaq vaxtını düzgün ayıra bilmirsinizsə, günlük qrafikinizi qurun.
Bu, sizə günü düzgün qiymətləndirməyə kömək edəcək. Qrafik qurarkən dərs hazırlamaq üçün uğurlu vaxtı təyin etmək lazımdır. Öyrənərkən beş duyğu üzvündən istifadə daha asan öyrənməyə gətirir.

Ülkər Abdurahmanlı

Oxşar xəbərlər

Bütün xəbərlər