Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

ATU tələbələrinin Məzun günü keçirilib

ATU tələbələrinin Məzun günü keçirilib

İyulun 1-də Azərbaycan Tibb Universiteti (ATU) tələbələrinin “Məzun günü” keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak ediblər. İlk olaraq Dövlət Himni səsləndirilib

Təbrik nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev “Məzun günü”nün gələcəyin həkimlərinin yaddaşında gözəl bir tarix kimi qalacağını bildirib.Nazir vurğulayıb ki, hər bir dövlətin inkişaf yolunda və uğurlarının arxasında xalqına, vətəninə bağlılığı olan tarixi şəxsiyyətlər dayanır: "Bu il Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında xüsusi yer tutan iki böyük şəxsiyyətin - müasir Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə əlamətdardır. Müstəqil dövlətimizdə hər sahədə olduğu kimi səhiyyənin və tibb təhsilinin də inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əhalinin sağlamlığının qorunmasını ölkə siyasətində ən mühüm məsələlərdən hesab edən Ulu Öndər səhiyyənin tərəqqisi, maddi texniki bazasının gücləndirilməsi, yeni tibb müəssisələrinin açılması üçün zəruri addımlar atıb. Tibb İnstitunun məzunu olan görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyeva sonralar da öz doğma ali məktəbi ilə əlaqələrini kəsmədi. Təbabət elminə və tibb təhsilinə böyük tövhələr vermiş Zərifə xanımın tələbələri, onun əsərləri ilə formalaşan mütəxəssislər nəsli bugün yeni həkim kadrları və təbabət alimləri hazırlığı sahəsində əzmlə çalışırlar.
Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti, bacarıqlı rəhbərliyi və gərgin zəhməti sayəsində Azərbaycan hər sahədə inkişaf edir. Dövlət başçısının rəhbərliyi altında əhalinin sağlamlığının qorunması sahəsində də böyük nailiyyətlər əldə olunur, səhiyyənin tərəqqisi daim diqqət mərkəzində saxlanılır. Tibb müəssisələrinin maddi texniki bazası gücləndirilir, səhiyyənin maliyyələşdirilməsində köklü islahatlar aparılır, rəqəmsallaşma təminatlı keyfiyyətli tibbi xidmət istiqamətində işlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, özü də ixtisasca həkim olan Mehriban xanım Əliyeva da səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını daim yüksək qiymətləndirir".
"Azərbaycanın ilk ali məktəblərindən biri olan Tibb Universiteti onlilliklər boyu səhiyyə ocaqları üçün yüksək ixtisaslı həkim kadrları yetişdirib. Hazırda bu qocaman tibb təhsil ocağı yeni təhsil standartlarına əsaslanaraq, müasir informasiya texnologiyalarından istifadə edərək beynəlxalq akkreditasiyadan keçmiş tədris proqramları ilə yüksək ixtisaslı mütəxəssislər hazırlayır. Onun hər buraxılışı səhiyyəmiz və təbabətimiz üçün əlamətdar hadisədir. Əminəm ki, Sizlər hər bir vətəndaşımız üçün sağlam və uzunömürlü həyatın təmin edilməsində bələdçilik edən işıq olacaqsınız”, - deyə səhiyyə naziri məzunları təbrik edib.Universitetin rektoru, professor Gəray Gəraybəyli gələcəyin həkimlərinə karyeralarında uğurlar diləyərək ATU-nun məzunu adını hər yerdə uca tutmağı arzulayıb. Rektor tədbir iştirakçılarına ATU-nun fəaliyyəti, son illər tədris prosesində aparılan islahatlar, tətbiq edilən yeniliklər, yüksək ixtisaslı kadrların hazırlanması üçün görülən işlər barədə də məlumat verib. Qeyd olunub ki, 2022-2023-cü tədris ilində Azərbaycan Tibb Universitetini 1217 nəfər məzunu olub. Onlardan 152 nəfəri universiteti fərqlənmə ilə bitirir. Məzunlar arasında 389 nəfəri əcnəbilərdir. Müvafiq olaraq I Müalicə-profilaktika fakültəsində 393 tələbə, II Müalicə-profilaktika fakültəsində 371 tələbə, İctimai səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə 69 tələbə, Stomatologiya fakültəsindən 224 məzun, əczaçılıq fakültəsindən 115 məzun, hərbi fakültədən 45 tələbə bitirir.

Oxşar xəbərlər

Bütün xəbərlər