Xəbər lentiwidget-title-icon

Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb

DİM TOEFL iBT imtahanı iştirakçılarına müraciət edib

DİM TOEFL iBT imtahanı iştirakçılarına müraciət edib

26 iyul 2023-cü il tarixindən etibarən Təhsildə Qiymətləndirmə Xidməti (Educational Testing Service) tərəfindən TOEFL iBT imtahanında yeniliklər tətbiq olunucaq.

Bu barədə "tehsilmedia.info"a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Yeni qaydalara əsasən artıq imtahan müddəti 2 saatdan az olacaq. Ümumi imtahan modelində isə dəyişiklik edilməyib.

İmtahan vaxtının qısaldılması nəticəsində:

Test prosesi zamanı kompüterdə namizədlər üçün sadələşdirilmiş təlimat əks olunacaq;
Əvvəlki “Müstəqil yazı tapşırığı”nı “Akademik müzakirə üçün yazı” tapşırığı əvəz edəcək. Bu tapşırığı yerinə yetirərkən sizdən onlayn sinif müzakirəsində verilən mövzuya dair rəy bildirmək və bu fikrinizi əsaslandırmaq tələb olunacaq;
Dinləmə blokundan sonra tətbiq edilən 10 dəqiqəlik fasilə ləğv ediləcək;
Oxu bloku üzrə mətnlərin və tapşırıqların sayı azaldılacaq;
Daha öncə test blokuna daxil edilən, lakin qiymətləndirilməsi aparılmayan test tapşırıqları test blokundan çıxarılacaq.
Testin hər bölməsi üzrə qiymətləndirmə şkalası 0-30 bal aralığında olmaqla eyni qalır.

Beləliklə, 26 iyul tarixindən etibarən tətbiq olunacaq yeni imtahan modeli aşağıdakı kimi olacaq.

Bölmə

Sual sayı

İştirakçıya verilən müddət

Oxu

20

35 dəqiqə

Dinləmə

28

36 dəqiqə

Danışıq

4 tapşırıq

16 dəqiqə

Yazı

2 tapşırıq

29 dəqiqə

Qeydiyyatla bağlı yeniliklər:

2023-cü ilin iyul ayından etibarən imtahana qeydiyyat prosesi həmişəkindən daha sürətli və sadə olmaqla aşağıdakıları əhatə edəcək:

intuitiv naviqasiya;
təkmilləşdirilmiş istifadə imkanları;
mobil cavab verən dizayn;
əlavə yerli ödəniş variantları.
DİM-də keçiriləcək kompüter əsaslı TOEFL iBT imtahanlarının ikinci yarımil üzrə olan tarixləri ilə keçid vasitəsilə tanış ola bilərsiniz.

Yeniliklərdən biri də imtahan bitdikdən sonra iştirakçıların rəsmi nəticələrinin nə zaman elan edilməsi ilə bağlı bildiriş alması olacaq.

Xatırladaq ki, qeyd edilən dəyişikliklər sadəcə kompüter əsaslı TOEFL iBT imtahanına aiddir, kağız daşıyıcılar vasitəsilə keçirilən imtahana şamil edilmir.

Məlumat üçün qeyd edək ki, dəyişikliklərlə tanış olmaq məqsədilə TOEFL iBT Ödənişsiz Sınaq Testi və TOEFL iBT Sınaq Setlərinin yenilənmiş versiyaları artıq ETS-in saytında mövcuddur. Eyni zamanda, siz 26 iyuldan etibarən ödənişsiz TOEFL Go!® tətbiqi ilə istənilən yerdə TOEFL iBT imtahanına hazırlaşa bilərsiniz. Tətbiq həm mobil, həm də masaüstü cihazlar üçün işlək olacaq.

TOEFL iBT imtahanı haqqında yenilikləri daha ətraflı öyrənmək üçün https://www.ets.org/toefl/ibt-enhancements.html saytına daxil ola bilərsiniz. Hesab yaratmaq, test üçün qeydiyyatdan keçmək, testə hazırlıq resurslarına daxil olmaq və əlavə məlumatlar üçün https://www.ets.org/toefl.html saytına müraciət etməyiniz tövsiyə olunur.

Oxşar xəbərlər

Bütün xəbərlər