Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Müəllimlərin dərs yükü azaldılsın - TƏKLİF

Müəllimlərin dərs yükü azaldılsın - TƏKLİF


"Pedaqoji sahədə yetəri qədər kadr artıqlığının yaranması danılmaz faktdır. Hazırda ölkəmizdə müəllimlərin sayı tələbatdan iki-üç dəfədən də artıqdır. Bu da səbəbsiz deyil. Yəqin ki, çoxlarına məlumdur ki, keçmiş sovet dönəmində müəllim hazırlığı ilə məşğul olan üç ali məktəb (Pedaqoji İnstitut, Rus dili və Ədəbiyyatı İnstitutu və Xarici Dillər İnstitutu) bir də orta ixtisas məktəbi (Sabir adına Pedoqoji Texnikum) var idi ki, onların da məzunları ölkədə müəllimə olan tələbatı tam ödəyirdi. O zaman təhsildə tələb-təklif adlanan bir prinsip var idi. Həmin illər ərzində müəllimlərin işə qəbulu təyinatla olub. O zamankı Maarif Nazirliyi bütün rayonlardan tələbatı öyrənir və buna müvafiq tələbə qəbulu həyata keçirilirdi. Məzun ali məktəbi bitirəndən sonra, məsələn, Quba rayonundan idisə və oradan sifariş gəlibsə, onu Qubaya, Şəkidən gəlibsə, Şəkiyə, Lənkərandan gəlibsə, Lənkərana göndərirdilər. Ailə vəziyyəti nəzərə alınaraq azad təyinat alanlar da olurdu. Növbəlik əsasında onlar da ərazi üzrə işlə təmin olunurdular. Başqa sözlə, müəllim üçün işsizlik anlayışı yad idi".

tehsilmedia.info xəbər verir ki, bu fikirləri təhsil eksperti Nadir İsrafilov bildirib.

Onun sözlərinə görə, müstəqillik əldə ediləndən sonra bir çox digər sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar yarandı:

"70-dən çox ali və orta ixtisas təhsili müəssisəsinin 30-a qədəri lazımi kadr potensialına və infrastruktura malik olmadan bilavasitə müəllim hazırlığı ilə məşğul oldular. 1929-cu ildən "Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması", 1972-ci ildən isə “Müəllimlərin Təkmilləşdirmə İnstitutu” kimi fəaliyyət göstərən təhsil müəssisəsinin adı 2000-ci ildə dəyişdirilib “Azərbaycan Müəllimlər İnstitutu” oldu. Onun Gəncə, Ağcabədi, Qazax, Quba, Şamaxı, Şəki, Zaqatala kimi rayonlarda 11 filialı yaradıldı. Onların bir çoxunun taleyi yəqin ki, çoxlarına məlumdur. Bütün bunların nəticəsi kimi tələb-təklif prinsipi pozulmuş oldu. Zaman-zaman bir neçə filialda korrupsiya faktları aşkarlandı, saxta diplom qalmaqalları yaşandı, nəticədə institutun neçə filialı ləğv olundu, cəmiyyətdə instituta qarşı mənfi ictimai rəy formalaşdı".

Nadir İsrafilov deyib ki, o zamankı Respublika və Bakı İxtisasartırma və kadrların yenidən hazırlanması institutlarında yenidən hazırlanma kurslarını elə “aktivləşdirdik” ki, nəinki yüzlərlə kimya, biologiya, coğrafiya müəllimləri, hətta baytarlar, zootexniklər, tibb bacıları və bir çox digər peşə sahibləri belə ibtidai sinif müəllimi kurslarında “yenidən hazırlanaraq” ibtidai sinif müəllimlərinə “çevrildilər":

"Aylıq kurslar vasitəsi ilə “yenidən hazırlanmanın” effektsizliyi barədə nə qədər dedik, yazdıq, pedaqogika tarixindən və nəzəriyəsindən nümunələr gətirdik, əhəmiyyət verən olmadı. Dedilər ki, bəs bazar iqtisadiyatı, azad rəqabət mühiti hər şeyi öz yerinə qoyacaq. Nəticəsi nə oldu? İndi də deyirik ki, elə müəllimlərimiz var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər”.

Eksoert qeyd edib ki, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda edilən dəyişikliklərin diplomunda “müəllim” sözü olmayanların müəllim olmalarına imkan verməsi müəllim sıxlığı ilə bağlı vəziyyəti bir qədər də ağırlaşdırır:

"Məlumdur ki, Nazirlər Kabineti 30 aprel 2020-ci il tarixli qərarı ilə “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib. Bu Qaydanın 2.1. bəndinə əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. Digər, 2.2. bəndinə əsasən isə bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır. Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılır.

Nəzərə alsaq ki, dövlət nümunəli təhsil sənədi olmayan, MİQ-dən kənar işə qəbul olunan, diaqnostik qiymətləndirilməyə buraxılmayan, hal-hazırda ümumi müəllimlərin 4 faizini təşkil edən 6 saata yaxın dərs deyən, 120 -150 manata işləyən 4 500-ə yaxın, onlardan bir qədər artıq məvacib alan, 6 saatdan 12 saata qədər dərs deyən 18 mindən artıq müəllimimiz var və onların narahatçılığı və nigarançılığı da hardasa başadüşüləndir. Bəs bu müəllimlərin taleyüklü vəziyyətinə nə vaxt aydınlıq gətiriləcək? Bəlkə, fürsət varkən, daha 5 il gözləməyib, növbəti olaraq bu kateqoriyadan olan müəllimlərin sertifikasıyasını ertələyərək bu məsələyə birdəfəlik əncam çəkək…? Elə olmasın ki, sabah ya o birisi gün “repetitor müəllim”, “bunker repetitoru” ilə yanaşı, pedaqoji leksikonumuza “6 saatlıq müəllim”, “Müəllimin üçdə biri” kimi yeni terminlər daxil olsun. Ümumiyyətlə “4-5 saat dərsi olan müəllimlər” nə deməkdir? Əgər o müəllimdirsə, niyə heç olmasa minimum 1 stavka-18 saat dərs yükü ilə təmin olunmamalıdır? Yox, əgər müəllim deyilsə, onun məktədə nə işi var?”.

N.İsrafilov müəllimlərin dərs yükünün azaldılmasını təklif edib:

“Vəziyyətdən çıxış yolunu ya müəllimlərin həftəlik dərs yükünü bir müddət əvvəl olduğu kimi 18 saatdan 12 saata endirməklə vəziyyəti nisbətən stabilləşdirməkdə, ya da tələb-təklif prinsipi nəzərə alınmaqla müəllimlik ixtisası üzrə plan yerlərini azaltmaqda görürəm. Baxmayaraq ki, kimlər üçünsə müəllim artıqlığı müəllimlər arasında rəqabətin gücləndirilməsi alətidir, bununla belə bu dərəcədə ifrat artıqlıq rəqabət deyil, işsizlər ordusunun yaranması, müəllim nüfuzunun sarsıılması predmetidir”.

Oxşar xəbərlər


Bütün xəbərlər

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR