Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Azərbaycanlı botaniklər çinli həmkarları ilə əməkdaşlıq edəcəklər

Azərbaycanlı botaniklər çinli həmkarları ilə əməkdaşlıq edəcəklər

Çin Elmlər Akademiyasının Kunminq Botanika İnstitutunun direktoru professor Sun Hanq, Herbariumun kuratoru professor Deng Tao, Çin Elmlər Akademiyasının Kunminq bölməsinin direktoru Zhou Jie, Çin Botanika İnstitutunun Administrasiyasının rəhbəri Zhu Veidong Elm və Təhsil Nazirliyi Botanika İnstitutunda olublar.

Bu barədə "tehsilmedia.info"a Botanika İnstitutundan məlumat verilib.

Bildirilib ki, səfərin məqsədi Botanika İnstitutu ilə əməkdaşlıq memorandumunun imzalanması və müştərək layihələrin müzakirəsi olub.

Görüşdə Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva institutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr, gələcək hədəfləri barədə ətraflı bəhs edib və əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri geniş müzakirə olunub.

Təqdim olunan ətraflı məlumata görə minnətdarlığını ifadə edən professor Sun Hanq institutun fəaliyyətini yüksək qiymətləndirərək elmi tədqiqat sahəsində ikitərəfli əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb.

Görüş birgə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, kadr və təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib. Qonaqlara S.İbadullayeva tərəfindən Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşri və simvolik hədiyyələr təqdim edilib.

Alimlər İnstitutun Algotekasında və Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin saxlanılma şəraiti və herbarilərin Avropa Məlumat Bazasına daxil edilməsi üzrə aparılan işlərlə tanış olublar.

Görüş çərçivəsində Çin Elmlər Akademiyasının Kunminq Botanika İnstitutu və Botanika İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən bitki və göbələk müxtəlifliyinin birgə tədqiqi, hər iki ölkə ərazisinin florasında tapılan eyni bitki növlərin tədqiqi, bitki nümunələrinin mübadiləsi, molekulyar genetik analizlərin aparılması, müştərək layihələrin təşkili, kadrların təcrübə mübadiləsi və s. həyata keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Bütün xəbərlər