Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Azərbaycanda Super Ay müşahidə olunur

Azərbaycanda Super Ay müşahidə olunur

2023-cü ilin avqustunda Yer kürəsinin sakinləri iki dəfə Super Ay astronomik hadisəsini müşahidə edə biləcəklər.
tehsilmedia.info xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, Tam Ay fazası Ay perigeydə (Yerə ən yaxın məsafədə) və ona yaxın nöqtələrdə olursa, bu zaman Super Ay hadisəsi müşahidə edilir. Bu zaman Ay apogeydə (Yerdən ən uzaq məsafədə) olduğundan 14% böyük, 30%-ə yaxın parlaq görünür.
1-ci Super Ay hadisəsi avqustun 1-dən 2-nə keçən gecə müşahidə olunacaq. Ay avqustun 1-i Bakı vaxtı ilə saat 22:33-də Dolu (Tam) ay fazasında, avqustun 2-si saat 09:53-də isə perigeydə olacaq. Bu hadisələr arasındakı fərq 11 saat 20 dəqiqə təşkil edəcək. Perigeydə Aya qədər məsafə 357309 km olacaq.
Qeyd edək ki, Super Ay hadisəsini Azərbaycan ərazisində saat 20:19-dan başlayaraq bütün gecə ərzində müşahidə etmək olar.
2-ci Super Ay hadisəsi avqustun 30-dan 31-nə keçən gecə müşahidə olunacaq. Ay Yerə ən yaxın məsafədə - orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olacaq və avqustun 31-də saat 05:37-də Dolu (Tam) Ay fazasına keçəcək. Bu hadisələr arasındakı fərq 9 saat 45 dəqiqə olacaq. Perigeydə Aya qədər məsafə 357181 km təşkil edəcək. Buna görə də 2023-cü il avqustun 31-də müşahidə olunan Super Ayı ilin ən böyük Super Ayı adlandırmaq olar.
Super Ay hadisəsini Azərbaycan ərazisində saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə etmək olar.
Dolu (Tam) Ay fazası bir ayda iki dəfə baş verirsə, 2-ci Dolu Ay Mavi Ay adlandırılır. Lakin bu o demək deyil ki, Mavi Ayı görəcəyik. Mavi Ay ifadəsi çox qədimdən gəlir və şərti olaraq adlandırılıb. Vulkan püskürmələri zamanı atmosferə atılan toz səbəbindən Ayı mavi rəngdə görə bilərik. Avqust ayında baş verəcək 2-ci Super Ay hadisəsi eyni bir ayda ikinci Dolu Ay fazasına təsadüf etdiyindən bu, Super Mavi Ay adlandırılır.

Oxşar xəbərlər

Bütün xəbərlər