Xəbər lentiwidget-title-icon

Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində bakalavriat səviyyəsində 6 ixtisas üzrə - biologiya, biologiya müəllimliyi, su bioehtiyatları və akvakultura, biotexnologiya, bitki mühafizəsi və qida mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Bu barədə "tehsilmedia.info"a BDU-dan məlumat verilib.

Fakültə ölkədə biologiya ixtisasları üzrə liderlik edən elm-təhsil mərkəzidir. Fakültədə 13 tədris laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub. Bakalavr pilləsində tələbələr II kursdan etibarən kafedralarda aparılan elmi-tədqiqat işlərinə cəlb olunurlar. Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda tədqiqat aparmaq imkanına malikdirlər. Fakültədə Botanika və bitki fiziologiyası, Biofizika və biokimya, Molekulyar biologiya və biotexnologiyalar, Zoologiya və fiziologiya, Genetika və Biotibbi materiallar kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə tədris laboratoriyalarında tələbələrin iştirakı ilə tədqiqatlar aparılır.

Biologiya ixtisası üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla biologiya profilli elmi-tədqiqat institutlarında, sənaye müəssisələrinin (qida, əczaçılıq və s.) laboratoriyalarında, suyun keyfiyyətinə nəzarəti təmin edən laboratoriyalarda, tibb müəssisələri nəzdində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarında çalışa bilərlər.

Biologiya müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) biologiya fənni üzrə yüksək peşəkarlıqla tədris apara, su bioehtiyatları və akvakultura ixtisasını bitirən məzunlar sahə üzrə tələb olunan bilik və bacarıqlara yiyələnərək balıq, digər şirin su və dəniz məhsullarının artırılması, mühafizəsi, istehsalı ilə məşğul olan müəssisələrdə işlə təmin oluna bilərlər.

Biotexnologiya ixtisası üzrə məzunlar biotexnoloji proseslərə əsaslanan istehsalat müəssisələrində (süd, ət məhsulları, müxtəlif içkilər və digər qida məhsulları, əczaçılıq və s.), aqrar sektorun biotexnoloji laboratoriyalarında, elmi-tədqiqat institutlarında, bitki mühafizəsi ixtisası üzrə məzunlar isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən müəssisələrdə, milli parklarda, qoruqlarda və digər mühafizə olunan ərazilərdə, elmi-tədqiqat institutlarında işləyə bilərlər.

Qida mühəndisliyi ixtisası üzrə məzunlar təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında, istehsalat müəssisələrində, xüsusən də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin struktur bölmələrində və laboratoriyalarında çalışa bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Oxşar xəbərlər

Bütün xəbərlər