Xəbər lentiwidget-title-icon

Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb

BMU-da daha bir yeni ixtisas üzrə qəbul aparılacaq

BMU-da daha bir yeni ixtisas üzrə qəbul aparılacaq

Bakı Mühəndislik Universitetinin (BMU) builki qəbul planında bakalavriat səviyyəsi üzrə yer alan yeni ixtisaslar sırasında “Biotexnologiya” da var.

Universitetdən bildirilib ki, müasir dövrümüzdə ciddi ehtiyac duyulan, habelə gələcək üçün də perspektivli sahə hesab olunan biotexnologiya biokimya, mikrobiologiya, genetika, molekulyar biologiya ilə sıx bağlıdır.

Biotexnologiya gen mühəndisliyi, hüceyrə mühəndisliyi və texnoloji problemləri həll etmək üçün orqanizmlərdən istifadə üsullarını öyrənir. Biotexnoloqlar toxuma və hüceyrə kulturalarının, dərman maddələrinin, fermentativ preparatların, eləcə də digər bioloji aktiv maddələrin əldə edilməsində də mühüm rol oynayırlar. Cəmiyyətin sürətlə inkişaf etməsi, yeni tələblərin meydana çıxması biotexnologiyanın yeni sahələrinin yaranması ilə nəticələnib və bu elmin tərkib hissəsi olan istiqamətlər insanların həyat fəaliyyətində ortaya çıxan problemlərin həllində xüsusi əhəmiyyət daşıyır.

Qida məhsullarının azaldığı, həmçinin müxtəlif infeksiyaların sürətlə yayıldığı bir dövrdə bu sahənin mütəxəssislərinə olan ehtiyac daha da artıb və “Biotexnologiya” ixtisası məzunlarına əmək bazarında ciddi tələbatın olması günümüzün reallığıdır. Bu ixtisasa yiyələnənlər tibb, kosmetika, qida, ekologiya, əczaçılıq, baytarlıq, emal sənayesi və sair sahələrdə çalışa bilərlər.

BMU-da əyani təhsil formasında tədrisi aparılacaq “Biotexnologiya” (IV qrup) ixtisası üzrə 40 yer ayrılıb. Universitetdə bu ixtisasın müasir dövrün tələblərinə uyğun tədrisi üçün güclü maddi-texniki baza və ən yeni avadanlıqlarla təchiz olunmuş laboratoriyalar mövcuddur.

Bu il BMU-da “Biotexnologiya” ilə yanaşı, “Fizika”, “Kimya”, “Riyaziyyat”, “Nəqliyyat mühəndisliyi”, “Qida mühəndisliyi” və “Şərabçılıq” kimi mühüm yeni ixtisaslar açılıb.

Ümumilikdə isə ali təhsil ocağının bakalavriat səviyyəsində 36 ixtisas üzrə qəbul aparılır (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/). Ayrılan 2285 plan yerindən 1540 yer Azərbaycan bölməsi (əyani), 220 yer qiyabi təhsil forması, 525 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub.

Oxşar xəbərlər

Bütün xəbərlər