Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti v.i.e., institutun baş direktoru, akademik Arif Həşimov açaraq bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu məqsədlə ölkəmizdə Ulu Öndərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Akademik Arif Həşimov institutda təşkil olunmuş seminarın həmin tədbirlərin davamı olduğunu vurğulayıb. Qeyd edib ki, tədbirdə Heydər Əliyev məktəbinin layiqli davamçısı, Azərbaycan tarix məktəbinin yaradıcılarından biri, respublikanın görkəmli alimi, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov da iştirak edir.

Daha sonra akademik Y.Mahmudov Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib. Bildirib ki, Ulu Öndər haqqında ən doğru məlumat onun özünün qoyduğu izdir, gördüyü işlər isə onun haqqında ən qiymətli əsərlərdir. O, Ulu Öndəri şəxsən tanıdığını və tələbəlik illərinin eyni vaxta düşdüyünü bildirib. Y.Mahmudov çıxışında qeyd edib ki, Heydər Əliyev SSRİ dövründə fəaliyyət göstərdiyi vaxtlarda da həmişə öz adı, vətəninin, millətinin gəlcəyi üçün çalışırdı. "Qürurluyam ki, Ulu Öndər məni Azərbaycanın böyük alimi adlandırmışdı. Mənim bir sıra fəxri adlarım var, amma ən qiymətlisi onun mənə verdiyi dəyərdir”, - deyə akademik vurğulayıb. Y.Mahmudov Heydər Əliyevin Yeni Azərbaycanın və Azərbaycan tarixinin qurucusu, Yeni Azərbaycan Partiyasnın banisi olduğunu söyləyib.

"Bir sıra tarixi şəxsiyyətlər qurtuluş mübarizəsinə öz vətənlərində başlayıblar, Heydər Əliyev isə təqib olunduğu, ali vəzifədən uzaqlaşdırıldığı vaxtlarda Moskvada, imperiyanın paytaxtında mübarizəyə başladı”, - deyə o qeyd edib. Yaqub Mahmudov Ümummilli Liderin öz zəkasının gücünə sovet sisteminin rəhbərlərindən biri səviyyəsinə yüksəldiyini qeyd edib. Bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqil dövlətlər yarandı, Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsi gündəmə gəldi, daxili ixtişaşlar başladı. O vəziyyətdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlaya və bugünkü Azərbaycanı yarada bildi. Qeyd edib ki, Heydər Əliyevin digər tarixi şəxsiyyətlərdən fərqi o idi ki, onun hərbi qüvvəsi, maliyyə imkanı yox idi. Lakin onun dövlətçilik təcrübəsi, bacarığı var idi və sovet sistemini dərindən bilirdi, onlara qarşı necə mübarizə aparmalı olduğunu da bilirdi. Heydər Əliyev qədim və müasir dövlətçiliyimizi ən uca zirvəyə yüksəldən tarixi şəxsiyyət olub. Rusiyada qabaqcıl ziyalılar Ümummilli Lideri hakimiyyət ustası adlandırırdılar.

O, ermənilərin ərazi iddiaları ilə bağlı məkirli tədbirlərindən, çap olunan yalançı atlaslardan bəhs edib. Akademik bu yalanların qarşısını almaq məqsədi ilə Ulu Öndərin gördüyü tədbirlərdən danışıb. Y.Mahmudov Heydər Əliyevin İrəvan xanlığının tarixinin yazılması, ümumiyyətlə, Azərbaycanın son 200 illik tarixinin yazılması üçün tapşırıqlar verdiyini qeyd edib.

Sonda akademik Y.Mahmudov Ulu Öndərin xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib.

Oxşar xəbərlər

Bütün xəbərlər