Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

tehsilmedia.info xəbər verir ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı «Abituriyent» jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı sabah günün ikinci yarısından etibarən əldə edə biləcəklər.

Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 70301 nəfər iştirak edib. Onlardan 51941 nəfəri (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Xatırladaq ki, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 50 nəfər respublika fənn olimpiadası, 98 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 31 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB və A-Level) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, 313 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 124 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Həmçinin, I ixtisas qrupu üzrə 160 abituriyent Azərbaycan – Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 76 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları sabah günün ikinci yarısı “Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər