Xəbər lentiwidget-title-icon

İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq

ADA ilə “Naxçıvan” Universiteti arasında memorandum imzalanıb

ADA ilə “Naxçıvan” Universiteti arasında memorandum imzalanıb

ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Bu barədə "tehsilmedia.info"a ADA Universitetindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə “Naxçıvan” Universitetinin nümayəndə heyəti Bakı şəhərinə səfər çərçivəsində ADA Universitetində olub.

İmzalanma mərasimində ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor Rza Məmmədov və digərləri iştirak ediblər.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə əməkdaşlığa dair bağlanan müqavilənin hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını vurğulayıb. O, qeyd edib ki, birgə əməkdaşlıq elmi layihələrin həyata keçirilməsinə də təkan verəcək: “ADA ilk dəfədir ki, yerli bir universitetlə belə müqavilə imzalayır. Bu nümunəvi addımdır və daxildə tələbə-təcrübə mübadiləsinə müsbət təsir göstərəcək. Həmçinin regionlardakı universitetlərin inkişafına öz töhfəsini verəcək. Hədəfimiz xarici ölkələrdə də əlaqələri genişləndirmək və inkişaf etdirməkdir”.

“Naxçıvan” Universitetinin rektoru Anar Kazımov isə universitetlər arasında elm və təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib. O, əlaqələrin daha da intensivləşməsi sahəsində müqavilənin əhəmiyyətini vurğulayaraq, yaranan dostluq və əməkdaşlıqdan məmnunluğunu ifadə edib. ADA ilə əməkdaşlığa dair müqavilənin imzalanmasını təqdirəlayiq addım kimi dəyərləndirən Anar Kazımov inkişaf etməkdə olan “Naxçıvan” Universiteti ilə bağlanan müqavilənin həm də regionlardakı ali təhsil ocaqlarının inkişafına səbəb olacağını bildirib.

Daha sonra ADA Universitetinin icraçı prorektoru qonaqlara ali təhsil müəssisəsinin fəaliyyəti, təhsil prosesi və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, imzalanan əməkdaşlıq müqaviləsində müəllim və tələbələrin akademik mübadiləsi, tədqiqat layihələrində, peşəkar inkişaf proqramlarında, təlimlərdə birgə iştirak, eləcə də aktual istiqamətlərə dair birgə elmi tədqiqatların aparılması kimi məsələlər öz əksini tapıb.

Oxşar xəbərlər

Bütün xəbərlər