Xəbər lentiwidget-title-icon

Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?

15 sentyabr gəldi. Məktəblərin qapıları şagirdlərin üzünə açıldı. Amma bəzi məktəblərdə təmir işləri hələ də davam edir.

Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 14-də keçirdiyi mətbuat konfransında bildirib ki, bu il ölkə üzrə təxminən 600 məktəbdə təmir işləri aparılıb, hazırda isə 41 təhsil müəssisəsində təmir-tikinti işləri davam edir.

Rəqəmlər böyükdür. Görülən işlər də böyükdür. Amma ortaya çox sadə bir sual çıxır: Məktəb açılıbsa, təmir niyə hələ bitməyib?

Bizə müxtəlif məktəblərdən daxil olan məlumatlarda başqa bir problem də diqqət çəkir. Bəzi ərazilərdə məktəbə giriş-çıxış yolları, ayaqyolları və ətraf sahələr tam hazır vəziyyətə gətirilməyib. Şagirdlər təmir gedən ərazilərdən keçməli, bəzən isə mövcud olan məhdud keçiddən istifadə etməli olurlar.
Daha düşündürücü məqam isə odur ki, bəzi məktəblərdə şagirdlərin hərəkəti üçün faktiki olaraq yalnız bir keçid qalır. Bu zaman sual artıq sadəcə təmirin gecikməsi ilə bağlı deyil.

Uşaqların təhlükəsizliyi necə təmin olunur? Təmirin müddəti əvvəlcədən müəyyənləşdirilmir? Podratçıya verilən vaxt nə qədərdir? İşlər niyə yay tətili ərzində tam başa çatdırılmayıb? Məktəb tədris ilinə hazır hesab edilərkən ərazinin təhlükəsizliyi kim tərəfindən yoxlanılıb? Və ən əsası: Dövlət vəsaiti hesabına aparılan təmir işinin nəticəsi məktəb açıldığı gün hazır vəziyyətdə olmalı deyilmi?

Əgər məktəb təmirə görə yay aylarında bağlanırsa, ən azı dərs ili başlayana qədər şagirdlərin istifadə edəcəyi yollar, giriş-çıxışlar və təhlükəsizlik zonaları tam hazır vəziyyətə gətirilməlidir. Çünki söhbət sadəcə divardan, döşəmədən və ya asfalt örtüyündən getmir. Söhbət hər səhər həmin məktəbin qapısından içəri girən uşaqlardan gedir.

Təmirə ayrılan vəsait, podratçılar, görülən işlər və yarımçıq qalan məktəblər üzrə araşdırmamız davam edir.

Tehsilmedia.com

Oxşar xəbərlər

Bütün xəbərlər