Xəbər lentiwidget-title-icon

AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq

İmtahandan kəsilən müəllimi məktəbdə saxlamaq olmaz - Deputat

İmtahandan kəsilən müəllimi məktəbdə saxlamaq olmaz  -  Deputat

“İkinci dəfə sertifikasiya imtahanından kəsilən 743 müəllimin əmək müqaviləsinin müddətini necə uzatmaq olar? Onlara hazırlaşmaq üçün vaxt verilmişdi, amma yenə də uğur qazana bilmədilər”.

tehsilmedia.info xəbər verir ki, bu sözləri azedu.az-a Millət vəkili, təhsil eksperti Etibar Əliyev 743 müəllimin əmək müqaviləsinə xitam verilməsindən danışarkən deyib. Parlament üzvü qeyd edib ki, abituriyentlər kəsiləndən sonra 1 il müddətinə hazırlaşıb, yenidən imtahan verir və əksəriyyəti uğur qazanır. Amma bəzi müəllimlər 1 il ərzində hazırlaşıb, imtahanı keçə bilmədi:

“Düşünürəm ki, bu cür müəllimləri məktəbdə saxlamaq doğru olmaz. Bəzən deyirlər ki, şagirdlərin böyük kəsimi oxuduğu mətni anlaya bimir, adi hesabı və yazı qaydalarını əxz etmir. İmtahandan iki dəfə kəsilən müəllim şagirdlərə bu cür bilik və bacarıqları necə təlqin edə bilər axı? Edə bilmir və bilməz!”.

E.Əliyev kəsilən müəllimlərin kurikulum suallarının çətin olmasına dair bəhanələrinə də toxunub:

“Sertifikasiya imtahanı həm də onu ortaya qoydu ki, uğur qazana bilməyən müəllimlər kurikulumla bağlı suallarda çətinlik çəkiblər. Halbuki kurikulum müəllimin əlinin altında olan işlək sənətdir. 2008-ci ildə qəbul olunub. Müəllim bu illər ərzində, işin içərisində ola-ola bunu mənimsəməyibsə, kurikulumla işləyə bilmirsə, başqasında günah axtarmalı deyil. “Təhsil haqqında” qanunda yazılır ki, kurikulum dövlət standartlarına uyğun olaraq, təhsilin müxtəlif pillə və səviyyələrində mənimsəmə qaydalarını öyrədən sənəddir. Müəllim onun məzmununu bilmirsə deməli, qaydalardan da agah deyil. Müəllim 15 il ərzində kurikulumla tanış olmayıbsa, onun fəlsəfəsini bilmirsə və əsasən məhz ona görə imtahandan keçə bilmədiiyini ifadə edirsə, bu, çox pis haldır. Azərbaycan təhsil həyatında biliyin qiymətləndirilməsinin birölçülü sistemi artıq öz “nəticə”sini göstərdi. Müəllim şagirdləri testə alışdırırdı, onları imtahanlara hazırlaşdırırdı. İndi müəllimin özünü testdən keçirəndə gördülər ki, biliyin birölçülü qiymətləndirilməsi müəllimin özünə də mənfi fəsadlarını göstərir. Bunun da zərbəsi məktəb və şagirdə dəyir”.

Qeyd edək ki, təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib. 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.

Oxşar xəbərlər

Bütün xəbərlər