Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Bölgələrdə məktəb açılışları olub

Bölgələrdə məktəb açılışları olub


Yevlax rayonunun Xanabad kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən 360 şagird yerlik məktəb istifadəyə verilib.

tehsilmedia.info xəbər verir ki, 4 korpusdan ibarət üçmərtəbəli məktəb binasında 19 sinif otağı, fizika, kimya, biologiya kabinetləri, fənn laboratoriyaları, informatika, çağırışaqədərki hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və açıq idman meydançası mövcuddur. Zəruri mebel, avadanlıqlar, əyani vəsaitlərlə təchiz edilən təhsil müəssisəsində müasir istilik və işıqlandırma sistemi də quraşdırılıb.


***

Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan Lənkəran şəhəri 1 nömrəli tam orta məktəb istifadəyə verilib.

Məktəb 840 şagird yerlikdir. Təhsil müəssisəsində idman zalı, 3 laboratoriya, 150 yerlik akt zalı və informatika otaqları mövcuddur. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri, laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib. Məktəbin təhlükəsizlik sisteminə xüsusi diqqət yetirilib, çoxsaylı kameralar quraşdırılıb.


***

Salyan rayonunun Şorsulu kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni məktəb binası istifadəyə verilib.

Məktəb 300 şagird yerlikdir. İkimərtəbəli məktəb üç korpusdan ibarətdir. Təhsil müəssisəsində 13 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, çağırışaqədərki hazırlıq, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası mövcuddur. Məktəb zəruri mebel, avadanlıqlar və əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.


***


Cəlilabad rayonunun Sərhədabad kəndində Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən məktəb binası istifadəyə verilib.

360 şagird yerlik 3 mərtəbəli yeni təhsil ocağı 4 korpusdan ibarətdir. Təhsil müəssisəsi zəruri mebel, avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib. Bununla yanaşı, məktəbin təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib, həyətyanı ərazisi abadlaşdırılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.


***


Heydər Əliyev Fondu tərəfindən inşa olunan Sabirabad rayonu Narlıq kənd Ə.Səmədov adına tam orta məktəb istifadəyə verilib.

İkimərtəbəli yeni məktəb binası 300 şagird yerlikdir və 4 korpusdan ibarətdir. Yeni tədris ilini tam təmirli məktəbdə başlayan şagird və müəllimlərə keyfiyyətli tədris prosesi üçün lazımi şərait yaradılıb. Məktəb zəruri mebel, avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə müasir standartlara cavab verən fizika, kimya, biologiya laboratoriyaları, informatika, çağırışaqədərki hazırlıq, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası yaradılıb. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri də görülüb.


***


Saatlı rayonu Qaracalar kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəb binası istifadəyə verilib.

Məktəb 360 şagird yerlikdir. Üç mərtəbə və 2 korpusdan ibarət bu təhsil ocağı zəruri mebel, avadanlıqlarla təmin edilib, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub, həmçinin təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.


***


Tərtər rayonunun Azadqaraqoyunlu kəndində Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunmuş məktəb binası istifadəyə verilib.

Məktəb binası 320 şagird yerlikdir. Təhsil ocağı zəruri mebel və avadanlıqlar, əyani vəsaitlərlə təchiz olunub.


***


Qax şəhərindəki V.Əliyev adına 3 nömrəli tam orta məktəb üçün Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunmuş tədris binası istifadəyə verilib.

Üç mərtəbə və üç korpusdan ibarət məktəb binası 320 şagird yerlikdir. Məktəbdə yaradılan 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, çağırışaqədərki hazırlıq, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları zəruri mebel, avadanlıqlar, əyani vəsaitlərlə təchiz edilib. Təhsil müəssisəsində açıq idman meydançası qurulub və məktəbin həyətyanı ərazisində abadlıq, yaşıllaşdırma işləri görülüb.


***


Ağstafa rayonu H.Əzizov adına Vurğun qəsəbə tam orta məktəbinin Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunmuş binası istifadəyə verilib.

Bir korpusdan ibarət olan məktəb binası 420 şagird yerlikdir. Məktəbdə 19 sinif otağı, 4 fənn kabineti, kitabxana, 120 nəfərlik akt zalı, idman zalı və 125 nəfərlik yeməkxana mövcuddur.


***

Tərtər şəhəri 5 nömrəli tam orta məktəb üçün Heydər Əliyev Fondu tərəfindən inşa edilən 360 şagird yerlik yeni bina istifadəyə verilib.

Məktəb binasında akt, idman zalları, bütün lazımi avadanlıqlarla təchiz olunmuş fənn kabinetləri, laboratoriyalar, oğlan və qızlar üçün texnologiya kabinetləri, kitabxana, 60 yerlik mətbəx mövcuddur. Bu il məktəbdə 394 nəfər şagirdin təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olacaq.

Bölgələrdə məktəb açılışları olub

Bölgələrdə məktəb açılışları olub

Oxşar xəbərlər


Bütün xəbərlər

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat