Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

AMEA-da Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilən beynəlxalq elmi konfrans keçirilib

AMEA-da Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilən beynəlxalq elmi konfrans keçirilib

AMEA-da akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illik yubileyinə həsr olunmuş “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan məlumat verilib.

Bildirilib ki, əvvəlcə Ermənistanın silahlı qüvvələrinin diversiya qrupunun törətdiyi terror aktları nəticəsində Daxili İşlər Nazirliyinin şəhid olmuş hərbi qulluqçularının və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qarabağdakı separatçı erməni birləşmələrinin zərərsizləşdirilməsi istiqamətində Azərbaycan Ordusu tərəfindən antiterror tədbirlərinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb, regionda yeni reallıqların qaçılmaz olduğunu vurğulayıb. Konfransın mövzusuna toxunan akademik İsa Həbibbəyli daim Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prizmasından çıxış edən qardaş Türkiyənin Azərbaycanın haqq mübarizəsinə bütün səviyyələrdə dəstək verdiyini deyib.

Türkiyə Cümhuriyyətinin qurulmasının müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu gün qardaş ölkənin Rəcəb Tayyib Ərdoğanın liderliyində müstəqil siyasət aparan, güclü iqtisadiyyata və hərbi sənayeyə malik dövlətə çevrildiyini deyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx qardaşlıq münasibətləri sayəsində ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndiyini deyən akademik İsa Həbibbəyli AMEA ilə Türkiyənin elmi qurumlarının münasibətlərinə də toxunub. Bildirib ki, AMEA uzun illərdir qardaş ölkənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Türkiyə Elmlər Akademiyası (TÜBA), TÜBİTAK və bir çox universitetləri ilə əməkdaşlıq edir, birgə konfranslar təşkil olunur, nəşrlər hazırlanır.

AMEA rəhbəri əlaqələrin daha da genişləndirilməsi məqsədilə sözügedən qurumlarla Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqavilələrinin imzalandığını diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumu öz tarixində ilk dəfə olaraq cari il sentyabrın 26-da AMEA ilə birgə Uluslararası Oğuz Türkcəsi Konfransı keçirəcək.

Akademik İsa Həbibbəyli Şərqşünaslıq İnstitutunun tədbirinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə növbəti töhfə olacağını deyib və konfransın işinə uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva qurulmasının 100 illiyini qeyd etdiyimiz Türkiyə Cümhuriyyətinin bütün türk xalqlarının tarixində, eləcə də bütöv müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş yaramış böyük hadisə olduğunu bildirib. Türkiyə Cümhiriyyətinin ötən 100 ilin əsas hadisələrini xatırladan akademik Gövhər Baxşəliyeva bu dövrdə böyük inkişaf yolunun qət edildiyini, müxtəlif problemlərə baxmayaraq, böyük sosial-iqtisadi və siyasi inkişafa nail olunduğunu, modern ordu qurulduğunu, ölkənin hərtərəfli güclənib regional və beynəlxalq məsələlərdə söz sahibinə çevrildiyini qeyd edib. Bildirib ki, məhz uzaqgörən siyasətin davamı olaraq Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bu gün yüksələn xətlə inkişaf edir.

Sonra Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov “Mustafa Kamal Atatürk və Türkiyə Cümhuriyyətinin qurulması”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “Azərbaycan-Türkiyə əməkdaşlığı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dostluğu kontekstində”, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türkiyə Cümhuriyyətinin quruluş və inkişaf fəlsəfəsi: tarix və çağdaşlıq” və Şimali Kipr Türk Cümhuriyyətindən Doğu Akdeniz Universiteti Atatürk Araşdırma və Tətbiq Mərkəzinin dosenti Turqay Bülənt Göktürk “Kipr türklərinin Anadoludakı milli mübarizəyə dəstəyi” mövzularında məruzə ediblər.

Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Ukrayna və Belarusdan 13 iştirakçı da onlayn formada iştirak edirlər.

Oxşar xəbərlər

Bütün xəbərlər