Xəbər lentiwidget-title-icon

150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir

Maestro Niyazinin həyat və yaradıcılığından bəhs edən kitabın təqdimatı olub

Maestro Niyazinin həyat və yaradıcılığından bəhs edən kitabın təqdimatı olub

Sentyabrın 25-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Niyazi xatirələrdə” kitabının təqdimat mərasimi olub.

tehsilmedia.info xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Maestro Niyazinin 90 illik yubileyində görkəmli sənətkar haqqında çıxışının videoyazısı nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Azərbaycanda Milli Musiqi Günü ərəfəsində yenicə nəşr olunmuş “Niyazi xatirələrdə” kitabının musiqi ictimaiyyəti və musiqisevərlər üçün bir töhfə olduğunu qeyd edib.

Bildirilib ki, bu nəşrdə dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyov haqqında 1987-ci ildə rus dilində işıq üzü görən “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının (tərtibçilər Həcər Hacıbəyova və Əsildar Hüseynov) “Xatirələr” bölməsinin rus dilindən ilk dəfə tərcüməsi təqdim olunur.

Qeyd edilib ki, kitab Niyazinin şəxsiyyəti və yaradıcılığı ilə və ümumilikdə XX əsr Azərbaycan musiqi mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabda xatirələri yer alan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev görkəmli sənətkarın ömür və sənət yolunun maraqlı məqamları haqqında məlumat verib. Bildirib ki, Niyazinin Azərbaycan incəsənətinin inkişafı yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifəsidir. Həmçinin ölkəmizdə milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır.

Tədbirdə digər çıxış edənlər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Xuraman Qasımova və Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi Zemfira Qafarova sənətkarın həyat və yaradıcılığından söz açıblar. Niyazinin bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərdiyi vurğulanıb. Onun “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və onlarla irili-xırdalı əsərləri musiqi xəzinəmizin dəyərli inciləri olduğu diqqətə çatdırılıb.

Məlumat verilib ki, layihə rəhbəri və elmi redaktoru Alla Bayramova olan kitabda Ümummilli Lider Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinin açılışında söylədiyi nitqi, görkəmli Azərbaycan mədəniyyət xadimləri ilə yanaşı Rusiyadan, Türkiyədən, Gürcüstandan olan mədəniyyət xadimlərinin xatirələri yer alıb.

Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış videoçarx ilə müşayiət olunub.

Bədii hissə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin konsert proqramı ilə davam edib.

Tədbirin sonunda Maestro Niyazinin qohumu Sahib Qədimov tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, “Orxan” Nəşriyyat və Poliqrafiya Müəssisəsində nəşr olunan kitab muzeyin zəngin kolleksiyalarından fotolar və digər materiallarla illüstrasiya edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər