Xəbər lentiwidget-title-icon

Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu

Qara Qarayevin ev-muzeyində Arif Məlikova həsr edilmiş kitabın təqdimatı olub

Qara Qarayevin ev-muzeyində Arif Məlikova həsr edilmiş kitabın təqdimatı olub

Sentyabrın 19-da Mədəniyyət Nazirliyinin dəstəyilə Qara Qarayevin ev-muzeyində görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşıyeva – İbrahimovanın “Arif Məlikov: Tarix və müasirlik” kitabının təqdimat mərasimi keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə Arif Məlikovun həmkarları, tələbələr, kitabın ərsəyə gəlməsində əməyi olan şəxslər, musiqişünaslar və ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən kitabın müəllifi Aytən Baxşiyeva-İbrahimova Qara Qarayev kimi dünyaşöhrətli Azərbaycan bəstəkarından dərs alan Arif Məlikovun musiqimizdə, incəsənətimizdə yeni bir səhifə açdığını bildirib.

Böyük bəstəkarın çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində müstəsna xidmətlər göstərdiyini deyən kitabın müəllifi qeyd edib ki, Arif Məlikov zəngin təcrübəsi ilə istedadlı musiqiçilər nəslinin yetişdirilməsində mühüm xidmətlər göstərib.

“Arif Məlikov: Tarix və müasirlik” kitabı barədə məlumat verən müəllif diqqətə çatdırıb ki, kitabda görkəmli bəstəkar Arif Məlikovun həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr yer alıb.

O vurğulayıb ki, kitabın sonuncu bölməsində Arif Məlikovun məzunlarının ürək sözləri və xatirələrinə yer verilib. Əlavəyə isə bəstəkarın əsərlərinin siyahısı daxildir. İstifadə olunmuş şəkillər bəstəkarın şəxsi arxivindən götürüldüyünü bildirən müəllif kitabın həm ixtisas-musiqiçi, həm də geniş oxucu kütləsinə ünvanlandığını diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayevin ev-muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova çıxış ediblər.

Qeyd edilib ki, bəstəkarın yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib və o, Azərbaycanın ən yüksək mükafatlarına layiq görülüb. Həmçinin Arif Məlikovun müasir musiqi mədəniyyətində ən parlaq şəxsiyyətlərdən biri olduğu xüsusilə vurğulanıb.

Tədbirdə digər çıxış edənlər Arif Məlikovun musiqisinə həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin çox böyük rəğbətlə yanaşdığını vurğulayıblar. Belə ki, dövlətimizin başçısının 2013-cü il 13 sentyabr tarixli Sərəncamı ilə Arif Məlikovun Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi buna bir örnək olduğu diqqətə çatdırılıb.

Tədbir Arif Məlikovun əsərlərindən ibarət konsert proqramı ilə davam edib, eyni zamanda, videoyazılar, sənədli kadrlar nümayiş olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər