Xəbər lentiwidget-title-icon

Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək

Aşqarlar Kimyası İnstitutunun alimləri bəzi patoloji proseslərə qarşı yeni nəsil inhibitorları yaradıblar

Aşqarlar Kimyası İnstitutunun alimləri bəzi patoloji proseslərə qarşı yeni nəsil inhibitorları yaradıblar

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri Türkiyənin Atatürk və Bartin Universitetləri ilə birlikdə canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorlarını yaradıblar. Bu maddələr damarların və kapilyarların genişlənməsi və tıxanmasının qarşısını almaq qabiliyyətinə malik potensial dərman təsirinə malikdir.

Bu barədə "tehsilmedia.info"a institutdan məlumat verilib.

Bildirilib ki, sintez edilmiş birləşmələrin fermentlər və onların izoformaları üzrə inhibitor fəallığı geniş tədqiq olunub, molekulyar dokinq simulyasiyası aparılıb. Yeni molekulların fermentlərlə qarşılıqlı təsirindən qeydə alınan göstəricilər standart dərman maddələri ilə müqayisədə ən yüksək biokimyəvi aktivliyə malik olduğunu təsdiqləyib. Xüsusən, karbon anhidraz izoenzimin yeni inhibitorları retinal kapilyarları genişləndirmək və kapilyar tıxanma kimi bəzi patoloji proseslərin qarşısını almaq qabiliyyətinə malikdir.

Bununla yanaşı, Portuqaliyanın Lissabon Universitetinin əməkdaşları ilə fərqli əvəzolunmuş və halqa böyüklüyünə sahib pirazol əsaslı birləşmələrin yeni metal komplekslərinin sintezi və onların katalitik fəallıqları tədqiq edilib. Müasir fiziki-kimyəvi analiz üsulları ilə struktur təhlilləri aparılıb, həmin yeni birləşmələrin beynəlxalq axtarış proqramları ilə dünya ədəbiyyatlarında indiyə qədər məlum olmadıqları təsdiqlənib. Pirazol əsaslı komplekslərin stirolun benzaldehidə peroksid oksidləşməsində katalitik fəallığı öyrənilən zaman ənənəvi katalizatorlardan fərqli olaraq optimal şəraitdə dörd yeni kompleksin katalitik təsirindən məqsədyönlü məhsul kimi benzaldehidin çıxımının 80 faizə qədər artdığı müəyyənləşib.

Bakı Dövlət Universitetinin Analitik kimya kafedrası və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu ilə isə zərif üzvi sintez üsulları və kompüter kimyasının ən son imkanlarından istifadə etməklə N-əvəzli tiokarbamidlərin ilk dəfə olaraq metal kompleksləri alınıb. Müasir fiziki-kimyəvi analiz üsulları ilə yeni metal komplekslərin quruluşu təsdiqlənib, sabit strukturları ilə xarakterizə olunan həndəsi, enerji və elektron parametrləri müəyyən edilib. Model reaksiyalar vasitəsilə sintez edilmiş komplekslərin karbohidrogenlərin oksidləşməsinin qarşısını effektiv olaraq aldığı müəyyənləşib.

Əldə edilən mühüm nəticələr “Web of Science” bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda dərc olunub, qısa müddətdə onlara dünya alimləri tərəfindən 100-ə yaxın istinad göstərilib.

Oxşar xəbərlər

Bütün xəbərlər