Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

BMU-nun rektoru şəhid ailələrinin üzvləri olan tələbələrlə görüşüb - FOTO

BMU-nun rektoru şəhid ailələrinin üzvləri olan tələbələrlə görüşüb - FOTO

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Yaqub Piriyev şəhid ailələrinin üzvləri olan tələbələr Aysel Manafova və Səid Babayevlə görüşüb.

tehsilmedia.info xəbər verir ki, görüşdə Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi anılıb.

44 günlük Vətən müharibəsinin başlanmasından üç il ötdüyünü xatırladan Yaqub Piriyev 30 ilə yaxın işğal altında qalan əzəli torpaqlarımızın qəhrəman şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına düşmən tapdağından azad edildiyini vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün - 27 sentyabrın Anım Günü kimi qeyd edildiyini deyən rektor bu tarixi həmişə qalib xalq kimi qürurla yad edəcəyimizi bildirib.

Sonra Yaqub Piriyev şanlı Zəfər tariximizi yazan şəhidlərimizin, qazilərimizin sosial müdafiəsi üçün dövlət tərəfindən görülən işləri, təhsil sahəsində onların ailə üzvlərinə edilən güzəştləri diqqətə çatdırıb.

Rektor şəhid ailələrinin üzvü olan tələbələrin təhsili, sosial problemləri ilə maraqlanıb, onlara təhsil aldıqları müddətdə diqqətin daha da artırılması üçün müvafiq şəxslərə tapşırıqlar verib. Eyni zamanda, onların universitetdə təhsil aldıqları müddətdə müəyyən layihələrə cəlb olunacağı, ali təhsili başa vurduqdan sonra işlə təminatı üçün müvafiq addımların atılacağı bildirilib.

Qeyd edək ki, BMU tələbəsi Aysel Manafovanın həyat yoldaşı Osman Natiq oğlu Manafov 44 günlük Vətən müharibəsində Hadrutun azad edilməsi zamanı, Səid Babayevin atası, baş leytenant Valeh Dadaş oğlu Babayev isə 2007-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlib.

BMU-nun rektoru şəhid ailələrinin üzvləri olan tələbələrlə görüşüb - FOTO

BMU-nun rektoru şəhid ailələrinin üzvləri olan tələbələrlə görüşüb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər