Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı müzakirə olunub - FOTO

Təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı müzakirə olunub - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq tədbirlərinə dair görüş keçirilib.

tehsilmedia.info xəbər verir ki, BŞTİ-nin təşəbbüsü ilə keçirilən görüşdə İdarə müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev, “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktorunun müavini Rəşad Cavadov, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov və müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Görüşdə təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq vəziyyəti, aidiyyəti qurumlarla birgə həyata keçirilməsi vacib olan məsələlərə həsr olunmuş təqdimat nümayiş olunub.

BŞTİ müdiri Mehriban Vəliyeva payız-qış mövsümünə hazırlığa və təhsil müəssisələrinin istiliklə təminatına diqqətin artırılmasının vacibliyini bildirib. Bu baxımdan təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar BŞTİ tərəfindən müvafiq qurumlarla (“Azəriqaz” İB, “Azəristiliktəchizat” ASC, “Azərsu” ASC) aparılan müzakirələrin əhəmiyyətindən danışıb.

Görüşdə çıxış edənlər təhsil müəssisələrinin istilik, qaz və su ilə təminatı baxımından öncəki illərdə toplanmış təcrübə, qarşılıqlı əməkdaşlıq və yeni yanaşmalar sayəsində nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Çıxışçılar görüşün birgə əməkdaşlıq işinə təkan verəcəyinə əminliklərini ifadə edib, təmsil etdikləri qurumların fəaliyyətindən asılı olan məsələlərin həllində hər cür dəstək verməyə hazır olduqlarını söyləyiblər.

Həmçinin təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı üçün nəzərdə tutulan kompleks işlərin daha tez reallaşdırılmasının zəruriliyi haqqında fikir mübadiləsi aparılıb.

Sonda təhsil müəssisələrinin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün zəruri işlər görüləcəyi və bu tədris ilində də məktəb və bağçaların istiliklə təmin olunmasının normal təşkil ediləcəyinin mümkünlüyü bildirilib.

Təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı müzakirə olunub - FOTO

Təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı müzakirə olunub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər