Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

“Nüvə klubu”nun üzvləri poliqonlarını niyə gücləndirirlər? - DETALLAR

“Nüvə klubu”nun üzvləri poliqonlarını niyə gücləndirirlər? - DETALLAR

“CNN” televiziya kanalının yaydığı xəbərə görə, ABŞ, Rusiya və Çin nüvə poliqonlarında yeni mərkəzlər inşa ediblər. Həmin mərkəzlərin şəkilləri peyk vasitəsilə çəkilib. Maraqlıdır ki, ABŞ, Rusiya və Çin yeni nüvə sınaqları barədə məlumat yaymayıblar. Belə olan halda yeni nüvə mərkəzlərinin tikintisi nə ilə bağlıdır?

Mövzunu "tehsilmedia.info"a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, peyk vasitəsilə yeni 3 nüvə mərkəzinin şəkilləri yayımlanıb: "Bu, Rusiya ərazisində “Novaya Zemlya”, Çində Sincan-Uyğur bölgəsi, ABŞ-da isə Nevada ştatıdır. Bu mərkəzlərin hər birinə yeni yollar və tunellər çəkilib. Peyk şəkillərində həmin mərkəzə daxil olanların sayının artdığı təsvir olunub. Bu o deməkdir ki, bu 3 ölkə bir-birlərinə inanmırlar və nüvə arsenallarını artırır, yeni poliqonlar tikirlər. Halbuki, keçmiş SSRİ-də sonuncu dəfə nüvə sınağı 1990-cı ildə keçirilib. Rusiyada nüvə sınağı olmayıb. ABŞ sonuncu nüvə sınağını 1992-ci ildə, Çin isə 1996-cı ildə həyata keçirib. Rusiya nüvə sınaqlarının keçirilməsini qadağan edən sənədə imza atıb. ABŞ və Çin bu sənədi imzalasalar da, ratifikasiya etməyiblər. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi beynəlxalq aləmi qorxudub. Çünki Rusiya nüvə dövlətidir, müharibədə istədiklərini əldə etmədikdə nüvə silahından istifadə edə bilər. Rusiya rəsmiləri, o cümlədən prezident Vladimir Putin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrini tez-tez nüvə silahı ilə hədələyirlər. Təsadüfi deyil ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqust ayında “Novaya Zemlya” ərazisindəki nüvə poliqonuna səfər edib. Şoyqu nüvə arsenalının mövcud vəziyyətini öyrənmək və Qərbə mesaj göndərmək üçün poliqona gedib. Həmin poliqon 1954-cü ildə inşa olunub. Bu ərazidə 1990-cı ilə qədər 100-dən çox nüvə sınağı həyata keçirilib. Çin isə Tayvan adasını ələ keçirməyə çalışır və ABŞ-la müharibə başlayarsa nüvə silahından istifadə barədə düşünəcək".

Politoloqun sözlərinə görə, dünyada nüvə dövlətlərinin sayı getdikcə artır: "Hindistan və Pakistan nüvə silahına malik olduqlarını eyni gündə elan ediblər. Yaxın Şərq bölgəsində İsrailin nüvə silahı var. İran nüvə silahı əldə etməyə çalışır. İranın nüvə silahı olarsa, qonşuları Türkiyə və Səudiyyə Ərəbistanı da nüvə silahı əldə edəcəklər. Bu vəziyyətdə ABŞ, Rusiya və Çin nüvə potensiallarını gücləndirməyə qərar alıblar. Halbuki, bu dövlətlər daima nüvə silahından birinci istifadə etməyəcəklərini açıqlayırlar. Ancaq buna inanan azdır.

Oxşar xəbərlər

Bütün xəbərlər