Xəbər lentiwidget-title-icon

Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri - üzvi Kimya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan "tehsilmedia.info"a bildirilib ki, öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev iclasın gündəliyini elan edərək bildirib ki, 2023-cü ildə aparılmış elmi-tədqiqat işlərinin hesabatına hazırlıq və əldə edilmiş mühüm nəticələr, 2024-cü ildə institutda “Enerjinin toplanması və çevrilməsi üçün materiallar” mövzusunda VIII beynəlxalq simpoziumun keçirilməsi haqqında, 2023-cü ildə fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri barədə və s. məsələlər daxil edilib.

Sonra akademik 2023-cü ildə aparılan elmi-tədqiqat işlərinin hesabatının oktyabırının 24-dən başlayacağını şöbə və laboratoriya rəhbərlərinin nəzərinə çatdıraraq qeyd edib ki, hesabatlara ciddi hazırlaşmalı, əldə olunan mühüm nəticələrin təqdimatı daha diqqət və məsuliyyətlə hazırlanmalıdır. Aparılan elmi-tədqiqat işləri haqqında ümumi məlumat verən Dilqəm Tağıyev elmi işçilərin maddi rifahının yaxşılaşdırılması üçün onların yerli və beynəlxalq qrant layihələrində çox iştirak etmələrini tövsiyə edib.

İclası davam etdirən akademik, 2015-ci ildən başlayaraq, hər il dünya səviyyəli “International Symposium on Materials for Energy Storage & Conversion” adlı beynəlxalq tədbirin bir il Türkiyədə, digər ildə isə dünyanın müxtəlif ölkələrində keçirildiyini qeyd edib. Hidrogen enerjisinin saxlanması və çevrilməsi üçün materiallar sahəsində dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin dəvət olunacağı “8th International Symposium on Materials for Energy Storage and Conversion” adlı simpoziumun növbəti dəfə 9-12 sentyabr 2024-cü il tarixində Bakıda keçiriləcəyinin nəzərdə tutulduğunu qeyd edən alim bildirib ki, belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi mühüm hadisədir və qloballaşan dünyada Azərbaycan elminin dünya elminə inteqrasiyası, həmçinin elmimizin dünya elmi ictimaiyyətində nüfuzunun artması istiqamətində əhəmiyyətli təkan olacaq. Akademik qeyd edib ki, bu nüfuzlu tədbirin təşkilatçısı akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu olacaq, simpoziumun “Rəhbər Komitə”sində (Steering Committee) Azərbaycanlı alimlər (akademik Dilqəm Tağıyev və professor Akif Əliyev) təmsil olunacaq.

Sonra Elektrokimya laboratoriyasının müdiri, k.e.d. professor Akif Əliyev simpoziumun əhəmiyyəti haqqında geniş məlumat verib.

D.Tağıyev 2023- cü ilin qəbul planına əsasən institutun fəlsəfə doktorluğu hazırlığı üzrə keçirilmiş imtahanlardan yüksək bal toplamış 8 nəfərdən 6-sı doktoranturaya, 2-si dissertanturaya qəbul olunduğunu söyləyərək, qəbul olunan doktorant və dissertantların dissertasiya işlərinin mövzuları və rəhbərləri haqqında məlumat verib. Akademik sözügedən müəssisədə təhsilini doktoranturada davam etdirmək istəyən gənclər üçün hər cür şərait yaradılacağını vurğulayıb, onlara dünya elminə inteqrasiya etmək, müasir dövrdə elmi biliklərə yiyələnmək üçün xarici dilləri yaxşı mənimsəməyi, müxtəlif yerli və beynəlxalq qrant müsabiqələrində aktiv iştirak etməyi tövsiyə edib.

Sonra akademik qeyd edib ki, “Heydər Əliyev İli” ilə əlaqədar institutda bir sıra tədbirlər, o cümlədən 2 konfrans keçirilib, institut əməkdaşlarının mətbuatda Ulu Öndər haqqında publistik məqalələri çap olunub. Bu tədbirlərin davamı kimi gənc alim və mütəxəssislər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan müsabiqənin keçirilməsi üçün artıq müsabiqə şərtləri elan olunub. Akademik gəncləri bu müsabiqədə fəal iştirak etməyə çağırıb.

Daha sonra akademik institutun əməkdaşı b.e.i. Fərəcov Hüseyni 80 illik yubileyi münasibəti ilə bütün kollektiv adından təbrik edib ona can sağlığı və uzun ömür arzulayıb.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər