Xəbər lentiwidget-title-icon

BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb
Məktəbəhazırlıq qruplarında yeni dərsliklər sınaqdan keçirilib
Bağça müəllimlərinin sertifikasiya tarixi DƏYİŞDİ
TOEFL iBT imtahanı keçiriləcək
Məktəb psixoloq axtarır
Elm və təhsil nazirinin dekabr qəbulu açıqlanıb
MİQ üzrə vakant yer seçiminin nəticələri elan edilib
Məktəblərdə dərs və tətil tarixləri bu hallarda DƏYİŞİR
ATU kənd təsərrüfatı və meşəçilik sahəsində ölkə birincisi olub
AzTU-da beynəlxalq ISO standartları üzrə auditin nəticələri açıqlanıb
Elm və təhsil naziri Çin universitetinin rəhbərliyi ilə görüşüb
Bakıda daha bir məktəbə direktor təyin olunub
BDU-da imtahan qaydaları yenidən nəzərdən keçirilə bilər - AÇIQLAMA
Buraxılışda abituriyentləri gözləyən yeni FƏNN
“İnci Qızlar” ansamblı milli incəsənətimizin təbliği yolunda yeni addım atır
IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb
Bağça müəllimlərinin işə qəbulu başlayır
MDU tələbələri “Türk-Forum 2026”nın finalında
23 Bakı məktəbinə yeni direktor təyin edilib

UNESCO müəllimlərin vəziyyəti ilə bağlı hesabat yayıb

UNESCO müəllimlərin vəziyyəti ilə bağlı hesabat yayıb

UNESCO 2030-cu ilə qədər hər kəsin ibtidai və orta təhsilə cəlb edilməsi məqsədinə nail olmaq üçün hələ də 44 milyon müəllimə ehtiyac olduğunu göstərən yeni hesabat dərc edib. Təşkilat vurğulayıb ki, hazırda qlobal miqyasda əsas problem təkcə təhsilin maliyyələşməsi deyil, həm də bu peşənin cəlbedici olmamasıdır. UNESCO müəllimlərin statusunun yaxşılaşdırılması üçün üzv dövlətlərə 7 tövsiyə verib.

tehsilmedia.info təşkilatın saytına istinadla xəbər verir ki, 2016-cı ildə UNESCO qlobal müəllim çatışmazlığını 69 milyon nəfər olaraq qiymətləndirib. 2023-cü ildə Beynəlxalq Müəllim Günündə dərc edilən yeni hesabatda müəllim çatışmazlığının demək olar ki, 30 faizə yaxın azaldığı qeyd olunub. Hazırda bütün dünyada 44 milyon müəllim çatışmazlığı var. Təşkilat vurğulayıb ki, bu sahədə vəziyyət yaxşılaşıb, lakin bu, qlobal təhsil ehtiyaclarını ödəmək üçün kifayət deyil.

Hesabata görə, ən çox irəliləyiş əldə edən region Cənubi Asiyadır. Burada müəllim çatışmazlığı 2016-cı ildən bəri iki dəfə azalaraq 7,8 milyon nəfər olub. Bunun əksinə olaraq, Afrikanın şərq regionlarında çox az irəliləyiş əldə edib və cari qlobal müəllim çatışmazlığının 30 faizi məhz bu regionun payına düşür. Avropa və Şimali Amerikada isə aşağı doğum nisbətinə baxmayaraq, əlavə 4,8 milyon müəllimə ehtiyac var. Bu rəqəm Latın Amerikası və Karib hövzəsində 3,2 milyon nəfərdir.

UNESCO-nun hesabatında müəllim peşəsini gənc nəsillər üçün cəlbedici etmək yolları da təhlil olunub. Araşdırma zamanı məlum olub ki, dünyanın müxtəlif regionlarında yerləşən və fərqli inkişaf səviyyələri olan 79 ölkədə müəllimlik bir peşə kimi cəlbedici deyil. Bu, gənclərin müəllimliyə marağının azalması və onların karyerası ərzində təhsildən yayınma nisbətinin açıq şəkildə artması ilə nəticələnir.

Həmin 79 ölkədə peşəni daimi olaraq tərk etmək qərarına gələn müəllimlərin nisbəti də müəyyən edilib. Məlum olub ki, ibtidai sinif müəllimləri arasında işdənçıxma nisbəti 2015-ci ildəki 4,62 faizdən 2022-ci ildə 9,06 faizədək, yəni iki dəfə artıb. Bu məsələdə üç əsas amil - pis iş şəraiti, yüksək stres səviyyəsi və aşağı maaş önə çıxır. Eyni zamanda, saysız-hesabsız problemlər - müəllimlərin iş yükünə artan təzyiqə səbəb olan ləvazimat çatışmazlığı, ağır inzibati məsuliyyət və müəllimlərin mənəviyyatını sarsıda biləcək zəif məktəb rəhbərliyi bu nəcib peşə sahiblərinə mənfi təsir göstərir. Aşağı maaşlar da bu peşəni daha az cəlbedici edir. Qlobal miqyasda hər iki ölkədən yalnız biri ibtidai sinif müəllimlərinə analoji ixtisas səviyyəsi tələb edən digər peşələrdən çox və ya daha çox maaş verir. Bu fenomen Avropa və Şimali Amerikada da narahatlıq doğurur. Belə ki, 3 ölkə istisna olmaqla, qalan dövlətlərdə müəllimlərə digər müqayisə olunan peşələr üzrə ödənilən əməkhaqqının 75 faizi və ya ondan az maaş verilir.

Hesabatda daha bir mühüm məqam kişi müəllimlərin qadın həmkarlarına nisbətən öz peşəsini daha yüksək nisbətdə tərk etməsidir. 2021-ci ildə qlobal miqyasda ibtidai məktəblərdə təhsil sektorunu tərk edən kişi müəllimlərin nisbəti 9,2 faiz, qadınlarınkı isə 4,2 faiz idi. Bu, xüsusilə kişilərin digər sektorlarda daha çox peşə imkanlarına malik olmaları və karyeralarını daha asan dəyişə bilmələri ilə bağlıdır.

Bir neçə ölkə müəllimlərin karyeraları ərzində peşəni tərk etdikləri barədə hesabat verir, lakin mövcud məlumatlar göstərir ki, gənc kadrlar daha təcrübəli həmkarları ilə müqayisədə peşəni daha çox tərk edirlər. Bu, onların dərs yükünün öhdəsindən gəlmək üçün daha çox dəstəyə ehtiyacı olduğunu göstərir.

Sonda UNESCO hökumətlərə konkret tövsiyələr verib. Təşkilat hesab edir ki, təhsilin səviyyəsini yüksəltmək üçün müəllimlərin sosial vəziyyətini yaxşılaşdırmaq, onların dərs yükünü azaltmaq və stres yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Həmçinin tədris prosesinin ən müasir standartlar səviyyəsində yenidən təşkili üzrə yeni proqramlar həyata keçirilməlidir.

Oxşar xəbərlər

Bütün xəbərlər