Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Paytaxt məktəblərinin direktorları üçün seminarlara başlanılıb - FOTO

Paytaxt məktəblərinin direktorları üçün seminarlara başlanılıb - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları üçün seminarlara start verilib.

BŞTİ-dən "tehsilmedia.info"a bildirilib ki, seminarların ilk sessiyası Səbail, Yasamal, Qaradağ, Xətai, Suraxanı və Nizami rayonlarının ümumi təhsil məktəblərini əhatə edib.

Seminarlarda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

Seminarların keçirilməsinin əsas məqsədi idarəetmədə səmərəliliyin artırılmasına və tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etməkdən ibarətdir.

Mehriban Vəliyeva məktəb rəhbərlərini salamlayıb və Müzəffər Ali Baş Komandanın bir neçə gün öncə Azərbaycanın Dövlət Bayrağını əzəli və əbədi torpaqlarımızda - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda ucaltmaqla xalqımıza növbəti qələbənin sevincini yaşatdığını xatırladıb.

Ümumi təhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərindən söz açan M.Vəliyeva nəticələrin təhlilinə diqqətin artırılmasının əhəmiyyəti haqqında fikirlərini bildirib. Həmçinin şagird nailiyyətlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin və şagirdlərin psixoloji dayanıqlılığının artırılması, məktəbdaxili intizam qaydalarına nəzarətin gücləndirilməsi, valideynlərlə iş və digər müvafiq məsələlərdən bəhs edib, yeni yanaşmaları, müasir çağırışların tələblərindən irəli gələn zəruri amilləri nəzərə çatdırıb.

M.Vəliyeva məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi məsələlərini daim diqqət mərkəzində saxlamasının vacibliyini önə çəkib.

Ümumi təhsil müəssisələrində 45 dəqiqə ərzində öyrətmə və öyrənmə mühitinin təmin edilməsinin zəruriliyini qeyd edən M.Vəliyeva müvafiq məsələlər barədə tapşırıq və tövsiyələrini verib, seminarların əhəmiyyəti haqqında fikirlərini bildirib.

Seminarlarda keyfiyyətin idarə olunması mexanizmləri, elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, tədris planlarının təhlili, istedadlı şagirdlərlə iş, şagird nailiyyətlərinin qiymətləndirilməsi, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsi, dərsin daha səmərəli və effektiv təşkili üçün metodiki yanaşmalar, təminat-təchizat, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, payız-qış mövsümünə hazırlıq, dərslik təminatı, iaşə xidmətinin təşkili, maliyyə tənzimlənməsi, layihələr, olimpiadalar, müsabiqələr və digər müvafiq mövzularda təlimati tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda direktorları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, seminarlar paytaxtın 12 inzibati rayonu üzrə keçiriləcək.

Paytaxt məktəblərinin direktorları üçün seminarlara başlanılıb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər