Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Paytaxt məktəbliləri SAF 2023-də iştirak edəcək

Paytaxt məktəbliləri SAF 2023-də iştirak edəcək

Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023) iştirak edəcək paytaxt məktəblilərindən ibarət komandaların layihələrinə baxış keçirilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tehsilmedia.info - a məlumat verilib.
Bildirilib ki, STEAM İnnovasiya Mərkəzində təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Agentliyin və İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.
Öncə qonaqlar paytaxt məktəblilərindən ibarət komandaların hazırladıqları layihələrlə tanış olublar.
Daha sonra tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva artıq üçüncü dəfə Bakıda keçiriləcək SAF 2023-də iştirak edəcək paytaxt məktəblilərini təbrik edib və onlara uğurlar arzulayıb.
STEAM əsaslı təhsilin əhatə dairəsi genişləndirildiyini bildirən M.Vəliyeva qeyd edib ki, məqsəd təhsilalanların innovativ ideyalarının reallaşdırılmasında müasir texnologiyaların tətbiqinin təmin edilməsi, həmçinin süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində istifadəsi bacarıqlarının formalaşdırılmasından ibarətdir.
M.Vəliyeva festivalın bacarıqlı, yeni çağırışlara cavab verən kadrların formalaşmasında mühüm rol oynayacağına əminliyini vurğulayıb. Məktəblilərə festivalda iştirakla bağlı müvafiq tövsiyələrini verən M.Vəliyeva rəqəmsal səriştələrin artırılması və XXI əsr bacarıqlarının inkişaf etdirilməsinin vacibliyindən danışıb.
Tədbirdə iştirak edən komanda üzvləri layihələri haqqında geniş məlumat verib və layihələrini praktik şəkildə nümayiş etdiriblər.
Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak üçün ümumilikdə 4 795 nəfər qeydiyyatdan keçib. Onlardan 4 459 nəfəri yerli, 336 nəfəri isə xarici iştirakçıdır. Bakı şəhəri üzrə 250-yə yaxın məktəbli 116 layihə ilə festivala qatılacaq.
Onu da qeyd edək ki, SAF 2023-ün əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Oxşar xəbərlər

Bütün xəbərlər