Xəbər lentiwidget-title-icon

Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur

Zəlzələlər və palçıq vulkanlarının dinamikası arasında əlaqə müzakirə olunub - FOTO

Zəlzələlər və palçıq vulkanlarının dinamikası arasında əlaqə müzakirə olunub - FOTO

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda “Palçıq vulkanizmi və zəlzələlər: əlaqə varmı?” adlı növbəti elmi seminar keçirilib.

Bu barədə "tehsilmedia.info" a institutdan bildirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Respublika Seysmoloji Xidmət Mərkəzinin və Neft və Qaz İnstitutunun mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə sözügedən müəssisədə elmi seminarların ənənə xarakteri daşıdığını və əhəmiyyətini vurğulayıb. Sonra “Ayazaxtarma palçıq vulkanının insar təhlili və 2021-ci il Şamaxı MW5 zəlzələsinə reaksiyası: seysmo-vulkanik qarşılıqlı təsirlərin anlaşılması” mövzusunda məruzə üçün sözü akademik Fəxrəddin Qədirova verib.

Fəxrəddin Qədirov zəlzələlərin təsirləri haqqında daha ətraflı məlumat verən bir texnologiya - İnterferometrik Sintetik Diyafram Radar (InSAR) metodundan ilk dəfə istifadə haqqında məlumat verərək 2021-ci ildə Şamaxı zəlzələsi (Mw=5) ilə Ayazaxtarma palçıq vulkanı aktivliyi arasında potensial mümkün əlaqələri müəyyən etmək üçün zəlzələdən öncə, zəlzələ anında və zəlzələdən sonrakı ssenarilərin təhlili barədə danışıb. Bildirilib ki, Ayazaxtarma palçıq vulkanı ilə bağlı aparılan geniş təhlillər nəticəsində fərqli orbitlər boyunca pre-, co- və post-seysmik fazalarda əhəmiyyətli LOS dəyişiklikləri aşkar edilib. Həmçinin yeddi il ərzində Ayazaxtarma palçıq vulkanının müşahidəsi zamanı Mw=5 maqnitudlu iki seysmik hadisə qeydə alınıb. Müqayisəli analiz nəticəsində bu hadisələrin palçıq vulkanının fəaliyyətinə əhəmiyyətli təsir göstərmədiyi müəyyən edilib. Bu onu göstərir ki, Mw≤5-ə qədər olan zəlzələlər Ayazaxtarma palçıq vulkanında əhəmiyyətli püskürmələrə səbəb ola bilməyib.

Məruzəçi interferometrik məlumatların tədqiqilə bağlı yekun nəticə kimi seysmik hadisələrlə Ayazaxtarma palçıq vulkanının deformasiyası və qarşılıqlı əlaqəsi haqqında yeni konsepsiyanın yarandığını diqqətə çatdırıb.

Tədbirdə çoxsaylı suallar cavablandırılıb, təkliflər və mövzu ilə bağlı əlavə məlumatlar dinlənilib.

Zəlzələlər və palçıq vulkanlarının dinamikası arasında əlaqə müzakirə olunub - FOTO
Zəlzələlər və palçıq vulkanlarının dinamikası arasında əlaqə müzakirə olunub - FOTO
Zəlzələlər və palçıq vulkanlarının dinamikası arasında əlaqə müzakirə olunub - FOTO
Zəlzələlər və palçıq vulkanlarının dinamikası arasında əlaqə müzakirə olunub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər