Xəbər lentiwidget-title-icon

150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir

Pakistanda Azərbaycan-Urdu Araşdırma Mərkəzi açılıb - FOTO

Pakistanda Azərbaycan-Urdu Araşdırma Mərkəzi açılıb - FOTO

Ötən ilin yanvar ayında AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Lahor Dövlət Kollec Universitetində Azərbaycan-Urdu Araşdırma Mərkəzinin açılışı olub.

Bu barədə "tehsilmedia.info" a AMEA-dan məlumat verilib.

Açılış mərasimində “Otaq-e-Azeri” adlandırılmış bu mərkəzin Pakistanın Lahor Dövlət Kollec Universitetinin Urdu Bölməsində Azərbaycan-Urdu Araşdırma Mərkəzi kimi təkmilləşdirildiyi və iki qardaş xalq olan Pakistan və Azərbaycanın əlaqələrinin inkişafı baxımından daha geniş məqsədlərə xidmət etmək üçün təsis olunduğu qeyd edilib.

Tədbirdə çıxış edən ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov bildirib ki, iki ölkənin ədəbi və elmi əlaqələrinin gücləndirilməsinə xidmət edən bu Mərkəz Azərbaycan və Pakistan arasındakı bağları gücləndirmək baxımından əhəmiyyətlidir.

Professor Əsgər Zaidi Mərkəzin növbəti illərdə öz fəaliyyətini genişləndirməsini və onun təkcə Pakistanın Lahor Dövlət Kollec Universitetinin tələbələri üçün deyil, bütün pakistanlı və azərbaycanlı tədqiqatçılar üçün mədəni və təhsil mərkəzinə çevrilməsini arzu edib. O, Azərbaycan-Urdu Araşdırma Mərkəzinin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən unikal bir tədqiqat mərkəzi olacağına əminliyini ifadə edib.

Mərkəzin direktoru professor Saima İram bu təşəbbüsün reallaşdırılmasında akademik İsa Həbibbəylinin xidmətlərini xüsusi vurğulayıb. O bildirib ki, bu il Mərkəzdə Almas Xanımın “Muraqa Nizami Gəncəvi” və Həmmad Niazinin “Şəhid-e vətən” adlı iki kitabının nəşr olunması nəzərdə tutulur.

Qeyd olunub ki, AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasındakı əməkdaşlıq çərçivəsində 2023-cü ilin noyabr ayında professor Könul Bünyadzadə, dekabrda isə tarix elmləri doktoru Eynulla Mədətli Mərkəzə, 2024-cü ildə isə professor Saima İram, Safeer Hayder və Almas Xanım AMEA-ya səfər edəcəklər.

Diqqətə çatdırılıb ki, Azərbaycan-Urdu Araşdırma Mərkəzində çoxlu sayda konfrans, seminar və mədəniyyət festivallarının keçirilməsi planlaşdırılır.

Professor Saima İram akademik İsa Həbibbəylini və bütün komandasını Lahor Dövlət Kollec Universietində keçiriləcək konfranslarda, mədəni və elmi fəaliyyətlərdə iştirak etməyə dəvət edib.

Sonda çıxış edən universitetin İslamın tədrisi və şərq dilləri fakültəsinin dekanı Sultan Şah açılış mərasimində iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib.

Mərasimin sonunda səfir Xəzər Fərhadov mərkəzə kitablar, suvenirlər və Azərbaycan Bayrağı hədiyyə edib. Həmçinin professor Əsgər Zaidi və onun komandasına xatirə hədiyyələri təqdim olunub.

Pakistanda Azərbaycan-Urdu Araşdırma Mərkəzi açılıb - FOTO
Pakistanda Azərbaycan-Urdu Araşdırma Mərkəzi açılıb - FOTO
Pakistanda Azərbaycan-Urdu Araşdırma Mərkəzi açılıb - FOTO
Pakistanda Azərbaycan-Urdu Araşdırma Mərkəzi açılıb - FOTO
Pakistanda Azərbaycan-Urdu Araşdırma Mərkəzi açılıb - FOTO
Pakistanda Azərbaycan-Urdu Araşdırma Mərkəzi açılıb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər