Xəbər lentiwidget-title-icon

AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq

Azərbaycan alimləri ortaq türk əlifbası ilə bağlı konfransda çıxış ediblər

Azərbaycan alimləri ortaq türk əlifbası ilə bağlı konfransda çıxış ediblər

Oktyabrın 27-də Almatıda Əl Fərabi adına Universitetdə Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi, Türk Dili Araşdırma Cəmiyyəti və Atatürk adına Mədəniyyət, Dil və Tarix üzrə Ali Şurasının dəstəyi ilə Beynəlxalq Türk Akademiyası Türk dünyasının ortaq əlifbası üzrə komissiyanın “Ortaq türk əlifbasının bütünləşdirici rolu: elmi və sosial yönləri” mövzusunda konfransı keçirilib.

tehsilmedia.info xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycandan Milli Məclisin deputatı, Bakıda Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov və AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli iştirak ediblər.

Konfransda Türk Akademiyasının prezidenti Şahin Mustafayev giriş nitqində qeyd edib ki, türk xalqlarının latın qrafikası əsasında olan ümumi əlifbanın istifadə olunmasına keçid məsələsi ilk dəfə olaraq 100 il bundan əvvəl Bakı şəhərində keçirilən birinci Türkoloji Konqresdə müzakirə olunub. 1991-ci ildə isə türk dövlətləri tərəfindən müstəqilliyin əldə edilməsi ilə çoxdankı təşəbbüs yenidən gündəmə gəlib. Şahin Mustafayevin sözlərinə görə, ortaq əlifba bütün türk dövlətlərində vahid sistemin məcburi şəkildə tətbiq edilməsi deyil, bu istiqamətdə ümumi prinsiplərin işlənib hazırlanması cəhdidir.

Akademik Nizami Cəfərov “Türk dillərinin latın qrafikalı əlifbasında unifikasiya” mövzusunda çıxış edib. Bildirib ki, qəbul olunan qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil kimi məsələlər xüsusilə mühüm yer tutur. Akademik müasir dünyada gedən qloballaşma şəraitində hər bir xalqın öz milli varlığını, adət-ənənələrini, milli mənəvi dəyərlərini qoruyub saxlamasının vacibliyini vurğulayıb.

Konfransda professor Nadir Məmmədli “Ortaq türk əlifbası” mövzusunda məruzə edib. Nadir Məmmədli bildirib ki, ortaq əlifba qohum xalqlar arasında dil yaxınlığının qorunub saxlanılması üçün xüsusi əhəmiyyət kəsb edir. Professor qeyd edib ki, latın qrafikası əsasında ortaq əlifbanın yaradılması türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynayacaq.

İclasda qazaxların latın qrafikalı əlifbaya keçidi qəbul edilib. Onların əlifbasında 34 hərf öz əksini tapacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər