Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

"Onların ya tamamilə uzaqlaşdırılması, ya da..." - Deputat müəllimlərin sertifikasiya imtahanından DANIŞDI

"Onların ya tamamilə uzaqlaşdırılması, ya da..." - Deputat müəllimlərin sertifikasiya imtahanından DANIŞDI

Məlum olduğu kimi, yüzə yaxın müəllim sertifikatlaşdırmanın müsahibə mərhələsindən kəsilib.

Bu qədər müəllimin kəsilməsi sosial şbəkələrdə müzakirələrə səbəb olub.

tehsilmedia.info xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, uzun müddətdir bu məsələ gündəmdədir.

Onun sözlərinə görə, proses ona doğru gedir ki, artıq sertifikasiya bizim təhsilin bir tərkib hissəsinə çevrilib:

"Artıq Elm və Təhsil Nazirliyinin apardığı siyasət ondan ibarətdir ki, mütləq müəllimlər sertifikasiyadan keçməlidir və qanunvericilikdə də bütün bu məsələlər nəzərdə tutulur. Uzun müddətdir bu məsələ ilə bağlı müəllimlərə tövsiyələr verilir. Müəllimlərlə müzakirələr aparılır və onlar da bilir ki, bu məsələ xüsusi önəm daşıyan və prioritet bir məsələdir. Ona görə də müəllimlər özləri bu prosesə hazır olmalıdır. Yəni artıq müəllimlər bilməlidir ki, onlar biliklərini artırmalıdırlar, savadlarını artırmaqda daim üzərlərində işləməlidirlər. Eyni zamanda, dünyagörüşlərini zənginləşdirməlidirlər. Yəni bütün imtahan iki mərhələdə keçirilir: bir bilik və bilikdən əlavə müəllimlərin müsahibəsi təşkil olunur. Bu kəsilən müəllimlərlə bağlı indi yaxşı olar ki, Təhsil Nazirliyi özü məlumat versin. Səbəb nədir? Yəni söhbət müsahibədən keçməyən müəllimlərdən gedir ki, bunun da yəqin obyektiv səbəbləri var. Əslində mən indi bu məsələnin çox da detalına getmək istəmirəm. Bu gün bizim əslində müzakirə mövzumuz fərqlidir".

Deputat onu da təəssüflə qeyd etdi ki, bizim müəllimlərimizin bir qisminin dünyagörüşü, intellektual səviyyəsi, bir qisminin özünü aparması o qədər də tam deyil və burada da xeyli problemlər var:

"Yəni müəllim elə bir simadır ki, onun bilavasitə şagirdlərin formalaşmasında rolu və təsiri var. O mənada müsahibədən keçməyən müəllimlər də yəqin ki, Nazirliyin müəyyənləşdirdiyi hansısa normalara əməl etməyən müəllimlərdir. Əvvəlki dövrdə Elm və Təhsil Nazirliyi demişdi ki, birinci mərhələdən keçməyən insanlarla bağlı onların konkret planları və hədəfləri var. O istiqamətdə iş aparırlar və yəqin ki, onlar bu insanların da gələcəkdə həmin istiqamətdə ya hansısa formada, ya tamamilə uzaqlaşdırılması, ya da hansısa sahəyə cəlb olunması məsələsi nəzərdən keçirilə bilər. Yəni əvvəlki praktikada bu necə nəzərdə tutulmuşdusa da, bu gün həmin formada bunun həyata keçirilməsi məsələsi nəzərdən keçirilə bilər. Amma mən yekunda bir daha bu məsələnin üzərində dururam ki, müəllimlərimiz üzərlərində çox işləməlidirlər, özlərini daim inkişaf etdirməlidir".

Oxşar xəbərlər

Bütün xəbərlər