Xəbər lentiwidget-title-icon

MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq

AzMİU türkiyəli mütəxəssislərlə birgə Azərbaycanın sutəmizləmə prosesi ilə bağlı təkliflər hazırlayacaq

AzMİU türkiyəli mütəxəssislərlə birgə Azərbaycanın sutəmizləmə prosesi ilə bağlı təkliflər hazırlayacaq

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olan Türkiyənin İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) əməkdaşlarının Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfəri təşkil olunub.

AzMİU-dan "tehsilmedia.info" bildirilib ki, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı professor Zakir Musayev və fakültənin müəllimi dosent Aqşin Kərimov, Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinovanın müşayiəti ilə qonaqlar Azərbaycanın içməli su sektoru üzrə tətbiq olunan ən müasir qurğulara baxış keçiriblər.

Tanışlıq çərçivəsində qonaqlara kompleksin tikintisi və burada suyun emal prosesləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ceyranbatan suyu heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə, mexaniki üsulla təmizlənir. Burada emal olunan su beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir, girişdə və çıxışda ciddi laboratoriya yoxlamalarından keçir.

Qonaqlar daha sonra mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyib, kompleksin laboratoriyası ilə tanış olublar.

Komplekslə tanışlıqdan sonra AzMİU və İSKİ mütəxəssisləri ölkənin sutəmizləmə prosesi ilə bağlı tətbiq olunan metodları müzakirə ediblər, Türkiyənin analoji sektor üzrə təcrübəsi ilə müqayisə aparılıb və səmərəliliyin artırılması üçün fikirlər səsləndirilib.

Qərara alınıb ki, AzMİU və İSKİ mütəxəssisləri tərəfindən ortaq analizlər aparılsın və innovativ texnoloji tətbiqlərlə bağlı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə təkliflər verilsin.

Türkiyəli qonaqlar daha sonra Şabran rayonunda yerləşən Taxtakörpü su anbarı, eləcə də Taxtakörpü Su Elektrik Stansiyasında (SES) olublar.

İSKİ əməkdaşlarına məlumat verilib ki, 2013-cü ildə istifadəyə verilən Taxtakörpü su anbarında toplanan sudan elektrik enerjisinin alınması ilə yanaşı, içməli su, texniki və suvarma məqsədləri üçün də istifadə olunur.

Anbar və SES-in fəaliyyətini yaxından izləyən qonaqlar AzMİU mütəxəssisləri ilə fikir mübadiləsi aparıb, sutəmizləyici qurğuların iş prinsipi ilə maraqlanıblar. Qonaqlara burada görülən işlər, tətbiq olunan texnologiyalar və AzMİU-nun müvafiq laboratoriyalarında anbar və SES üçün aparılan tədqiqatlar haqqında geniş məlumat verilib.

Qeyd edək ki, AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində 5 ixtisas üzrə bakalavriat və magistratura səviyyəsində ümumilikdə iki minə yaxın tələbə təhsil alır. Fakültənin nəzdində 4 kafedra, 8 yüksək elmi-texnoloji avadanlıqla təmin olunmuş laboratoriya mövcuddur. Bununla yanaşı, fakültə tələbələri mütəmadi olaraq ixtisasları üzrə əlaqədar müəssisələrə, o cümlədən Türkiyənin İstanbul Su və Kanalizasiya İdarəsinə təcrübəyə göndərilirlər. İdarəyə son olaraq 19 tələbə göndərilib və onlara İSKİ mütəxəssisləri tərəfindən Türkiyənin su və kanalizasiya sektoru üzrə ən son yeniliklər, elmi-texnoloji metodlar haqqında məlumatlar verilib, təlimlər keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər