Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Mingəçevir Dövlət Universitetində ilk Məzun Forumu və əmək yarmarkası keçirilib - FOTOLAR

Mingəçevir Dövlət Universitetində ilk Məzun Forumu və əmək yarmarkası keçirilib - FOTOLAR

Mingəçevir Dövlət Universiteti (MDU) və Dövlət Məşğulluq Agentliyinin (DMA) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əmək yarmarkası və MDU Birinci Məzun Forumu keçirilib.

tehsilmedia.info xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan hər iki tədbirdə şəhid ailələri, müharibə veteranları, dövlət və özəl qurumların, təhsil müəssisələrinin nümayəndələri, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr, magistrantlar və məzunlar iştirak ediblər.

Tədbir iştirakçıları və qonaqlar əmək yarmarkasının açılışında iştirak edib, stendlərlə tanış olub, işəgötürənlərlə söhbət ediblər. Diqqətə çatdırılıb ki, əmək yarmarkasına 19 müəssisə tərəfindən 160 vakansiya çıxarılıb.

Sonra MDU Birinci Məzun Forumunun işinə start verilib. Forumun açılışında MDU-nun rektoru Şahin Bayramov, DMA-nın İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı İlham İsmayılov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və MDU-nun qonaq professorları Cemal Yılmaz və Evren Güçer çıxış ediblər.

Bildirilib ki, Forumun təşkilində əsas məqsəd məzunların və universitetin uğurlarını paylaşmaq, eləcə də universitet-məzun əlaqələrini inkişaf etdirmək üçün faydalı platforma təmin etməkdir.

Qeyd olunub ki, MDU-nu müxtəlif zamanlarda bitirmiş 200-ə yaxın məzunun illər sonra Forum çərçivəsində doğma universitetlərində bir araya gəlməsi əlamətdar hadisədir. Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən işsizliyin aradan qaldırılması istiqamətində regionlarda mühüm tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılaraq, əmək yarmarkası və Məzun Forumunun təşkili bu istiqamətdə görülən işlərə töhfə kimi dəyərləndirilib.

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin və Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbinin müəllimləri olan MDU-nun məzunları Şəmsiyyə Şəmsəddinova, Zəhra İsayeva və İltimas Məmmədova çıxış edərək Qarabağda və Şərqi Zəngəzurda fəaliyyətə başlayan ilk təhsil ocaqlarında çalışmaqdan qürur duyduqlarını bildiriblər.

Daha sonra, Forum çərçivəsində “Məşğulluq və universitet məzunu: imkanlar və çağırışlar”, “İnsan kapitalı inkişafında yeni trendlər” və “Müasir əmək bazarının əsas xüsusiyyətləri” mövzularında 3 panel müzakirəsi təşkil olunub.

Panel müzakirələrdən sonra Forumda MDU Məzunlar Assosiasiyasının təsis edilməsi barədə qərar qəbul edilib və 11 nəfər məzundan ibarət İdarə Heyətinin tərkibi formalaşdırılıb. Assosiasiyanın yaradılmasında məqsəd məzunlarla işin təşkili, universitet-məzun əlaqələrini gücləndirməkdir. Bununla yanaşı qərara alınıb ki, MDU Məzunlar Forumu iki ildə bir dəfə keçirilsin.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının əmək bazarının müasir dövrün tələblərinə uyğunlaşdırılması, universitet-məzun əlaqələrinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə müvafiq tədbirlərin təşkilinə xüsusi önəm verilir.

Mingəçevir Dövlət Universitetində ilk Məzun Forumu və əmək yarmarkası keçirilib - FOTOLAR
Mingəçevir Dövlət Universitetində ilk Məzun Forumu və əmək yarmarkası keçirilib - FOTOLAR
Mingəçevir Dövlət Universitetində ilk Məzun Forumu və əmək yarmarkası keçirilib - FOTOLAR
Mingəçevir Dövlət Universitetində ilk Məzun Forumu və əmək yarmarkası keçirilib - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər