Xəbər lentiwidget-title-icon

AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq

AMEA-nın Naxçıvan Bölməsində Zəfər Günü və Bayraq Günü münasibətilə elmi konfrans keçirilib - FOTO

AMEA-nın Naxçıvan Bölməsində Zəfər Günü və Bayraq Günü münasibətilə elmi konfrans keçirilib - FOTO

AMEA-nın Naxçıvan Bölməsində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibətilə elmi konfrans keçirilib.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda giriş sözü söyləyib. Akademik yüzilliklər boyu ermənilərin cəfəng ideyalarını gerçəkləşdirmək üçün tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsindən, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə artan ərazi iddialarından, SSRİ-nin dağıldığı dövrdə ölkə rəhbərliyinin səriştəsizliyindən, ölkədə hökm sürən ictimai vəziyyətdən söz açıb.

Qarabağ məsələsində beynəlxalq təşkilatların mövqeyindən, xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətindən danışan bölmə sədri deyib: “Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi islahatlar əsasında günü-gündən güclənən ordumuz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq salnaməsi yazmağa müvəffəq oldu. Düşünülmüş və uzaqgörən siyasət, eləcədə əsgər və zabitlərimizin cəsarəti bizə torpaqlarımızın azadlıq sevincini yaşatdı”.

Qarabağ zəfərinin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə qaldırılan Azərbaycan bayrağını qələbəmizin davamı kimi səciyyələndirən bölmə sədri bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş bayrağımız 70 il sonra ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən sessiyada qaldırılmış, həmin gündən etibarən üçrəngli bayraq mənəvi, mədəni birliyimizin, ərazi bütövlüyümüzün bölünməzliyinin simvolu olmuşdur.

Konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev konfransda “Tariximizin şanlı səhifəsi: II Qarabağ müharibəsi”, İncəsənət, Dil və Ədəbiyyat İntitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər üslubu”, həmin institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Üçrəngli bayraq ən ali milli dəyərimizdir”, elmi işçi Aysel İsmayılova “Milli atributlarımızdan biri: Üçrəngli Azərbaycan bayrağı” mövzusunda məruzələr ediblər.

Məruzələrdə I Qarabağ müharibəsinin Azərbaycan xalqı üçün ağır nəticələrindən, məsələnin həlli ilə bağlı işləməyən beynəlxalq hüquq normalarından, problemin həllinə biganə yanaşan beynəlxalq təşkilatların ikili siyasətindən bəhs olunub. II Qarabağ müharibəsi zamanı ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsindən, Qarabağ zəfərinin ölkəmiz üçün tarixi, hüquqi və iqtisadi əhəmiyyətindən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında həyata keçirilən quruculuq işlərindən və gələcək perspektivlərdən söz açılıb.

Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin xalqa müraciətlərində söylədiyi fikirlər, həmin müraciətlərin üslub xüsusiyyətləri, ermənipərəst xarici media nümayəndələrinə verdiyi müsahibələr zamanı ölkə başçısının söylədiyi fikirlər əhatəli şərh olunub.

Məruzəçilər həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunan üçrəngli bayrağın azadlıq mücadiləmizdəki rolu, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən vəsatət qaldırılması və 1991-ci ildə həmin vəsatət əsasında Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi, dövlət atributlarımızın təbliği işinin gücləndirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanmış sənədlər barədə danışıblar.

Sonda məruzəçilərin toxunduqları maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

AMEA-nın Naxçıvan Bölməsində Zəfər Günü və Bayraq Günü münasibətilə elmi konfrans keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər