Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Türk Dil Qurumunun rəhbəri Osman Mert akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb

Türk Dil Qurumunun rəhbəri Osman Mert akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb

Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb.

AMEA-dan "tehsilmedia.info" a verilən məlumata görə, məktubda deyilir:

“Hörmətli akademik İsa Həbibbəyli,

Böyük Türk dünyasının iki görkəmli qurumu olan Milli Elmlər Akademiyası və qurumumuzla birgə təşkil etdiyimiz Türk dünyası ədəbiyyatı (şeir) mükafatları və “Uluslararası Oğuz Türkcəsi Konfransı” kimi bir tədbiri bütün Türk dünyasının öndəgələn təşkilatı olan Türk Dövlətləri Təşkilatının dəstəyi ilə müvəffəqiyyətlə həyata keçirdik.

Birgə əldə etdiyimiz bu uğurların 1926-cı ildə I Bakı Türkoloji Qurultayının keçirildiyi Milli Elmlər Akademiyasında baş tutması, can Azərbaycanın və bütün Türk dünyasının ortaq sevinci, Qarabağda Azərbaycanın suverenliyinin tam bərpa edilməsi günləri ilə üst-üstə düşməsi, Azərbaycan Respublikasının Ulu Öndəri Heydər Əliyevin 100-cü ildönümünə təsadüf etməsi, eyni zamanda Dil Bayramının 91-ci ildönümü günündə və Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ilində həyata keçirilmiş olması təsadüflərlə izah edilə bilməyən bir çox müqəddəs sirləri ehtiva edir. Şübhəsiz ki, eyni gündə bir araya gələn bu xoş görüşlərin arxasında türk millətinin birliyinə, əmin-amanlığına olan səmimi inancımız və bu yolda göstərdiyimiz səylər dayanır.

Birgə həyata keçirdiyimiz bu fəaliyyətlərin ilkin mərhələsindən son mərhələsinə kimi həm dövlət xadimi, həm də akademik nöqteyi-nəzərdən yüksək marağınızı və dəstəyinizi gördük. Qurumumuz türkcənin yayıldığı bütün sahələrdə günün şərtlərini, dövlətimizin və Türk dünyasının ehtiyaclarını nəzərə alaraq elmi və mədəni araşdırmalar apararkən, Akademiyanız hər zaman bizim tərkib hissəmiz olacaq və birliyimiz daha da möhkəmlənəcəkdir. Bu münasibətlə can Azərbaycana gəlişimizdən gedənə qədər böyük maraq və səmimiyyətlə qarşılaşdığımız Sizə və həmkarlarınıza öz sevgi və hörmətimi bildirmək istəyirəm.

Professor Osman Mert,

Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun rəhbəri”

Qeyd edək ki, cari ilin sentyabrın 26-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Uluslararası Oğuz Türkcəsi Konfransı” keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər