Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

AMEA-da Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

AMEA-da Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Noyabrın 7-də AMEA-nın Azad Həmkarlar İttifaqının, Humanitar və İctimai Elmlər bölmələrinin Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş birgə tədbiri keçirilib.

Bu barədə "tehsilmedia.info" a AMEA-dan məlumat verilib.

Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Vətən müharibəsində qazanılmış Qələbənin üçüncü ildönümünə həsr olunmuş yığıncağın həm də müstəqilliyimizin simvolu olan Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdiyini, Azərbaycanın üçrəngli bayrağının azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalandığını deyib.

İsa Həbibbəyli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söhbət açıb. İkinci Qarabağ müharibəsində əldə olunmuş Zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tarixin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşadığını deyib. Qarabağın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsində xalqımızın Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd etdiyini söyləyib.

Akademik İsa Həbibbəyli Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa-quruculuq işlərindən, Böyük Qayıdışın uğurla həyata keçirilməsindən danışıb. O, Qarabağda həyata keçirilən quruculuq proseslərində alimlərimizin də yaxından iştirak etdiklərini vurğulayıb. Qeyd edib ki, AMEA-nın üzərinə düşən vəzifə bu möhtəşəm tarixin salnaməsini yazmaq, gedən proseslərin elmi, siyasi, obyektiv qiymətini vermək, onları ümumiləşdirmək, gələcək nəsillərə çatdırmaqdır.

Tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, qazi Radif Mustafayev, Folklor İnstitutunun aparıcı elmi işçisi, şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev, AMEA-nın Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə və başqaları Azərbaycan tarixinin ən parlaq səhifəsi olan Zəfər Gününün Prezident İlham Əliyevin uğurlu strategiyasının, qüdrətli Azərbaycan Ordusunun, eləcə də ölkənin iqtisadi inkişafının zəfəri olduğunu, milli qürur mənbəyimiz olan bayrağımızın azad edilmiş ərazilərimizdə vüqarla dalğalandığını vurğulayıblar.

Sonra tədbirdə II Qarabağ müharibəsinin qazilərinə və iştirakçılarına mükafatlar təqdim edilib.

AMEA-da Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
AMEA-da Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
AMEA-da Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər