Xəbər lentiwidget-title-icon

Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu

AzTU-da “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib.

Bu barədə "tehsilmedia.info"a AzTU-dan bildirilib.

Tədbirdə universitetin və nazirliyin rəhbər işçiləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Əvvəlcə Azərbaycanın müdafiə sənayesinin təşəkkülü və inkişaf mərhələlərindən bəhs edən "Atəşdən yoğrulanlar” sənədli filmi nümayiş olunub. 

AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Respublikada güclü kadr potensialı yaratmaq Ulu Öndərin strateji hədəflərindən idi. Ölkəyə rəhbərliyinin ilk illərində gəncləri keçmiş sovetlər ittifaqının aparıcı ali məktəblərinə təhsil almaq üçün göndərməsi Ümummilli Liderin ali təhsil sahəsindəki məqsədyönlü və uğurlu siyasətinin bariz nümunəsi idi.

MSN-in şöbə müdiri, əməkdar mühəndis Məmmədsaleh Əliyev dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyevin Azərbaycanın müdafiə sənayesinin yaradılmasındakı misilisiz xidmətləri barədə ətraflı məlumat verib, müasir dövrdə dahi rəhbərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğını, son illərdə əldə olunan nailiyyətləri xüsusi qeyd edib. Nazirlikdə müdafiə sənayesi sahəsi üzrə ixtisaslı və peşəkar kadrların hazırlığı məsələsinin prioritet vəzifə kimi qarşıya qoyulduğu diqqətə çatdırılıb.       

Daha sonra çıxış edən AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Elçin Rzayev, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müdiri Ələkbər Hüseynov, Xüsusi təyinatlı material və vasitələr kafedrasının müdiri Rasim Bəşirov, Radioelektron və aerokosmik sistemlər kafedrasının müdiri Vaqif Məhərrəmov, Xüsusi texnika və texnologiya fakültəsinin magistr tələbəsi Amin Mamedov ulu öndər Heydər Əliyevin ölkədə müdafiə sənayesinin qurulmasında gördüyü işlərdən danışıblar. Qeyd olunub ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə sənayesi sürətlə inkişaf edir, Azərbaycanın müdafiə təyinatlı məhsullarının şöhrəti artıq dünyada geniş yayılmaqdadır.

Bildirilib ki, regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə ali təhsil müəssisəsi olan AzTU müdafiə sənayesi sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində MSN-lə sıx əməkdaşlıq edir. 

Oxşar xəbərlər

Bütün xəbərlər