Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

DİM: "21 dövlət orqanında inzibati vəzifələr üzrə daxili müsahibə elanı verilib"

DİM: "21 dövlət orqanında inzibati vəzifələr üzrə daxili müsahibə elanı verilib"

Noyabrın 14-də 21 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Bu barədə "tehsilmedia.info" a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, daxili müsahibəyə çıxarılan ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini vəzifəsidir.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 26, Gənclər və İdman Nazirliyində 14, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 11, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 7, Mədəniyyət Nazirliyində 5, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində 4 , Maliyyə Nazirliyində 4, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 3, Hesablama Palatasında 2, Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsində 2, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində 2, Kənd Təsərrüfatı Nazirliyində 1, Energetika Nazirliyində 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1, Qida Təhlükəsizliyi Agentliyində 1, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 1, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 1, Sumqayıt Apellyasiya Məhkəməsində 1, Sumqayıt İnzibati Məhkəməsində 1, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində 1 və Abşeron Rayon Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

-Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

-Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər noyabrın 28-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Oxşar xəbərlər

Bütün xəbərlər