Xəbər lentiwidget-title-icon

İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır

Mingəçevir Dövlət Universitetində Riyaziyyat festivalı keçirilib

Mingəçevir Dövlət Universitetində Riyaziyyat festivalı keçirilib

2023-cü ilin noyabrın 14-də Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu (RMİ) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Riyaziyyat elmlərin şahıdır” mövzusunda festival keçirilib.

Bu barədə universitetdən tehsilmedia.info - a məlumat verilib.

Bildirilib ki, MDU-nun ev sahibliyi ilə keçirilən festival regionda gənclərin Riyaziyyat elminə marağının artırılması və onların bu sahədə biliklərinin inkişafına töhfə məqsədi daşıyıb.
Əvvəlcə, Ümummilli Liderimizin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Festivalın açılışında MDU-nun rektoru Şahin Bayramov və RMİ-nin baş direktoru Misir Mərdanov çıxış ediblər. Tədbir iştirakçılarını salamlayan rektor Ş.Bayramov elmi tədqiqat müəssisəsi, universitet və ümumtəhsil məktəblərinin birgə iştirakı formatında keçirilən festivalı ölkəmizdə elm və təhsilin vəhdətinin təmin edilməsi sahəsində görülən işlərə töhfə olaraq dəyərləndirib və təşkilatçılara təşəkkürünü bildirib.
MDU-da “Riyaziyyat müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisasları üzrə kadr hazırlığının keyfiyyətinin artırılmasının vacibliyini vurğulayan rektor, digər ixtisaslarda da riyaziyyatın müasir tələblər səviyyəsində tədrisinin önəmindən danışıb. Riyaziyyat sahəsində ölkənin aparıcı elmi təşkilatı olan RMİ ilə ortaq fəaliyyətdən gözləntilərini diqqətə çatdıran Ş.Bayramov şagird və tələbələri riyaziyyatla daha fəal məşğul olmağa səsləyib.
RMİ-nin baş direktoru M.Mərdanov Riyaziyyat elminin cəmiyyət həyatının bütün sahələrində oynadığı mühüm roldan bəhs edib, bu kontekstdə universitetdə təşkil edilən ilk Riyaziyyat festivalının əhəmiyyətini diqqətə çatdırıb. MDU-nun elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq təşəbbüslərini yüksək qiymətləndirən M.Mərdanov bu istiqamətdə atılan addımların universitetin elmi potensialının gücləndirilməsinə və müvafiq sahələr üzrə kadr hazırlığının məzmununun yenilənməsinə davamlı töhfə verəcəyinə əminliyini ifadə edib, festival iştirakçılarına uğurlar arzulayıb.
Açılış nitqlərindən sonra festivalın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Riyaziyyat kafedrasının müdiri Rövşən Babayev “STEAM tədrisində riyaziyyatın multidisiplinar inteqrasiyası”, RMİ-nin şöbə müdiri Əbdürrəhim Quliyev “Riyaziyyat kainatın dilidir”, Mingəçevir şəhər Texniki Humanitar liseyin müəllimi, Əməkdar müəllim Arzu Hüseynova “Riyaziyyat həyatımızda” və universitetin tələbəsi
Elnarə Əhmədova “Fibanoçi ədədləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Mingəçevir Dövlət Universitetində Riyaziyyat festivalı keçirilib

Mingəçevir Dövlət Universitetində Riyaziyyat festivalı keçirilib

Mingəçevir Dövlət Universitetində Riyaziyyat festivalı keçirilib

Mingəçevir Dövlət Universitetində Riyaziyyat festivalı keçirilib

Oxşar xəbərlər

Bütün xəbərlər