Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

“Folklor və mənəvi bütövlük: Güney Azərbaycanın folklor irsi” - elmi konfrans

“Folklor və mənəvi bütövlük: Güney Azərbaycanın folklor irsi” - elmi konfrans

AMEA-da Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklor və mənəvi bütövlük: Güney Azərbaycanın folklor irsi” mövzusunda respublika elmi konfransı keçirilib.

tehsilmedia.info xəbər verir ki, bu barədə AzEdu.az-a institutdan bildirilib. Konfransı açan Folklor İnstitutunun baş direktoru akademik Muxtar Kazımoğlu-İmanov Güney Azərbaycan folklor örnəklərinin toplanması, öyrənilib tədqiq edilməsi ilə bağlı son illər ərzində institutda görülmüş işlər nəzərdə tutulan layihələrdən danışıb.

Milli mədəni irsimizin ayrılmaz tərkib hissəsi olan Güney Azərbaycan folklorunun daha ətraflı şəkildə öyrənilməsinin vacibliyini vurğulayan akademik qeyd edib ki, Folklor İnstitutunda bir neçə il əvvəl yaradılan Cənubi Azərbaycan folkloru şöbəsinin fəaliyyəti sayəsində güneyli soydaşlarımızla ədəbi-mədəni əlaqələr genişləndirilib, “Güney Azərbaycan folkloru” seriyasından 20-yə yaxın kitab, eləcə də “Təbriz folklor örnəkləri” toplusu çap olunub, bu materialların araşdırılması istiqamətində çoxsaylı tədqiqatlar aparılıb.

Sonra filologiya elmləri doktoru, professor Rüstəm Kamalın “Güney Azərbaycan folklorunda simvol sistemi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilin “Güney Azərbaycan mərasim folklorunda keçəçi personajı və arxaik keçi oyununun rudimentləri”, filologiya elmləri doktoru, professor Almaz Həsənqızının “Bayatılarda bütövləşən vətən” və filologiya elmləri doktoru, professor Esmira Fuadın “Güney Azərbaycan uşaq folkloru uşaq dünyasına açılan pəncərədir” mövzularında məruzələri dinlənilib.

Güneyli ziyalı, yazıçı və publisist Aqşin Ağkəmərli konfransın işini yüksək dəyərləndirib, məruzəçilərə və konfransın təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Konfrans işini bölmə iclaslarında davam etdirib. İki bölmədə ölkəmizin müxtəlif elm və ali təhsil müəssisələrini təmsil edən elm xadimləri, araşdırmaçılar, onlayn şəklində təşkil olunmuş üçüncü bölmə iclasında isə respublikamızla yanaşı, Türkiyə və İranın tanınmış alim və tədqiqatçıları da məruzələrlə çıxış ediblər. Bütün çıxışlar geniş fikir mübadiləsinə və maraqlı müzakirələrə səbəb olub.

Oxşar xəbərlər

Bütün xəbərlər