Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

TƏKLİF: Esse tələbi bütün ixtisas qruplarına şamil olunmalıdır

TƏKLİF: Esse tələbi bütün ixtisas qruplarına şamil olunmalıdır

Məktəblərdə 11 il müddətində ana dili keçirilsə də, şagirdlər arasında esse, inşa və s. yazı bacarıqlarını yoxlayan tapşırıqlar zamanı bəlli olur ki, bir çox hallarda orfoqrafiya qaydalarına əməl olunmur. Yazı qaydalarına əməl olunmaması təkcə şagirdlər arasında deyil, eyni zamanda tələbələr arasında da müşahidə olunur.

Maraqlıdır, şagirdlərin yazı qabiliyyətlərinin aşağı olmasının səbəbi nədir? Bu sahədə hansı addımlar atılmalıdır?

tehsilmedia.info xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verib.
Ekspert bildirib ki, şagirdlərin yazı bacarıqlarının zəif olmasının səbəbi əzbərçilik prinsipinə riayət etmələri ilə bağlıdır: “Bu gün 1.600.000-dən çox şagird təhsil alır ki, bunların da böyük əksəriyyəti Azərbaycan dilində danışan şagirdlərdir. Ancaq qrammatik qaydalar isə şagirdlərdə çətinlik törədir. Bunun aradan qaldırılması üçün qəbul qaydalarını dəyişmək lazımdır. Qəbulda fənlərinin say çoxluğu, şagirdlərin bilik və bacarıqlarının tam formalaşmasına mənfi təsir göstərir. Bunu 10-15 yüksək nəticə göstərən abituriyentlə müqayisə etməli deyilik”.

E.Əfəndi qeyd edib ki, imtahanda iştirak edən abituriyentlərin ümumi nəticələrini təhlil etməliyik: “Pərakəndə vəziyyətdə olan şagird IX-XI sinif buraxılış və qəbul imtahanlarına hazırlaşdığı üçün konkret olaraq qısa müddətdə müvafiq bilikləri əzbərləməyə köklənir. Qəbulda fənn sayının azaldılması şagirdlərin öz fikirlərini ifadə etməyinə yardımçı olacaq amillərdən biridir. Abituriyentlər test üsulu ilə imtahanların keçirilməsinə öyrəşdiyi üçün öz fikirlərini əsaslandırmaqda çətinlik çəkirlər. Bu faktın müəyyənləşdirilməsi 2019-cu ildən etibarən kurikulum əsasında keçirilən imtahanlarda mətn tipli sualların salınması və şagirdlərin esse bacarıqlarının yoxlanması zamanı ortaya çıxdı”.

Ekspert vurğulayıb ki, buraxılış yaxud qəbul imtahanlarında şagirdlərdən esse yazmaq tələbi mütləq qoyulmalıdır. “Onlar oxuduqları mətni başa düşərək, fikirlərini ifadə etməlidir. Aşağı siniflərdən etibarən müəllimlər şagirdlərə bacardıqları qədər öz ana dilimizdə yazmağı öyrədirlər. Ancaq təəssüf ki, yuxarı siniflərdə əzbərçilik metodu onların bu biliklərini inkişaf etdirməyinə mane olur. Bu gün əsas problemlərdən biri budur ki, ali məktəbə qəbul olan tələbə dərsi danışmaq üçün çıxış edə bilmir. Lövhəyə, tribunaya çıxa bilmir. Biz buna qarşı mübarizə aparmalıyıq ki, şagirdlər özlərini rahat ifadə etməkdən qorxub, çəkinməsinlər. Bunun üçün də şagirdlərə esse və inşalar yazdırılmalıdır. Əvvəllər inşa müsabiqələri keçirilirdi, amma indi təəssüf ki, o qədər də müsabiqələr yoxdur. Düşünürəm ki, məktəb rəhbərləri ələmətdar günlərdə təhsilalan şagirdlər arasında inşa müsabiqəsi təşkil etməlidir”.

Oxşar xəbərlər

Bütün xəbərlər