Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

AzMİU- da Yunus Əmrə İnstitunun təşkilatçılığı ilə sərgi açılıb

AzMİU- da Yunus Əmrə İnstitunun təşkilatçılığı ilə sərgi açılıb

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Bilkent Universitetinin birgə təşkilatçılığı ilə Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cumhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

tehsilmedia.info xəbər verir ki, konfrans iki hissədən ibarət olub və ilk hissə bu ilin aprel ayında Türkiyənin paytaxtı Ankarada yerləşən Bilkent Universitetində keçirilib.

Konfransda AzMİU-nun rəhbərliyi, professor-müəllim və tələbə heyəti, millət vəkili Ramil Həsən, Bilkent Universitetinin prorektoru professor Ezhan Karaşan, kafedra müdiri dosent Tolga Bölükbaşı, Yunus Əmrə İnstitunun rəhbəri Şərəf Atəş, Türkiyəli iş adamları və Türkiyənin ölkəmizdəki səfirliyindən qonaqlar, elm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Daha sonra Ümumilli Lideri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucu lideri Mustafa Kamal Atatürk haqqında videoçarx izlənilib.
AzMİU-nun prorektoru professor Akif Qasımov çıxış edərək qonaqları salamlayıb və konfransı Azərbaycan-Türkiyə qardaşlığının təzahürü adlandırıb. 44 günlük Vətən müharibəsində ölkəmizin qələbəsinə, müharibə zamanı Türkiyə ölkəmizə mənəvi və siyasi dəstəyinə diqqət çəkən prorektor qeyd edib ki, Azərbaycan və Türkiyə dünyada bənzəri olmayan qardaşlıq əlaqələri ilə bir-birinə bağlıdır: “Ölkələrimiz arasındakı münasibətlərdə “Bir millər, iki dövlət” prinsipini əsas tutan Ulu Öndərin və “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipini əsas götürən Atatürkün siyasi xəttinin nəticəsi olaraq qardaş, dost və strateji tərəfdaşlara çevrilmişik. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayib Ərdoğanın qardaşlıq prinsipinə əsaslanan münasibətləri sayəsində bu gün əlaqələrimiz ən yüksək zirvəyə çatıb. Hesab edirəm ki, 2023-cü il təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyası üçün əlamətdar tarixdir”.

Bilkent Universitetinin prorektoru professor Ezhan Karaşan çıxışında bildirib ki, Türk dünyası Ulu Öndəri və Atatürkü hər zaman minnətlə və hörmətlə yad edəcək. Prorektor Ulu Öndərin Bilkent ve Hacettepe universitetlərinin qurucusu, dünyaca məşhur alim, Azərbaycanın böyük dostu professor İhsan Doğramacı ilə şəxsi əlaqələrinə diqqət çəkib, İhsan Doğramacının Ulu Öndər haqqında xatirələrindən danışıb.

Millət vəkili Ramil Həsən də qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin formalaşması Ulu Öndərin və Atatürkün uzaqgörən siyasətinin nəticəsidir. Millət vəkili ölkələrimiz arasındakı münasibətlərin dünyaya örnək olduğunu vurğulayıb: “Liderlərin oynadıqları rol, dövlətini idarə edən, millətinə, ölkəsinə rəhbərlik edən şəxs olaraq bilavasitə şəxsi dostluq və qardaşlıq münasibətləri fonunda dövlətlərarası münasibətlərin də yaxşılaşdırılması Azərbaycan-Türkiyə münasibətlərində mükəmməl bir örnəkdir. Eyni kökə, tarixi əlaqələrə, qədim mədəniyyətə sahib olan iki qardaş dövlətin, bir millətin övladları olaraq Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdar olmalıyıq.”

Çıxışlardan sonra Bilkent Universitetinin kafedra müdiri dosent Tolga Bölükbaşın “Bağımsızlıktan Reformlara: Türkiye Cumhuriyeti'nin Yüzüncü Yılında Atatürk” və AzMİU-nun prorektoru Orxan Naqdiyevin “Heydər Əliyev: Zamanın fövqündə dayanan şəxsiyyət” adlı məruzələri dinlənilib.
Konfrans bədii hissə ilə davam etdirilib, AzMİU tələbələrinin ifasında vətənpərvərlik mahnıları və şeirləri səsləndirilib.

Qeyd edək ki, konfrans məkanında Yunus Əmrə İnstitunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100 illik inkişaf tarixini əks etdirən fotostendlərdən ibarət sərgi də açılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər