Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Nazirlik: 9 ölkədən 37 komanda Beynəlxalq STEAM Azərbaycan Festivalında yarışacaq

Nazirlik: 9 ölkədən 37 komanda Beynəlxalq STEAM Azərbaycan Festivalında yarışacaq

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə dekabrın 4-dən 8-dək Bakı Ekspo Mərkəzində üçüncü dəfə SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək.

tehsilmedia.info xəbər verir ki, nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, beynəlxalq səviyyədə təşkil olunacaq SAF 2023 “Robokids”, “Engineers of Future” - “Gələcəyin mühəndisləri”, “First LEGO League Explore”, “VidX”, “First LEGO League Challenge”, “VEX Robotix Competition” - “VEX Robototexnika müsabiqəsi”, “Innovativ Exhibition” - “İnnovativ sərgi”, “Deep Dive” “Sualtı dronlar/gəmi”, “Hackathon”, “VEX IQ Competition”- “VEX IQ Yarışması”, “Mechatronics” - “Mexatronika”, “Wings and Wheels” - “Qanadlar və təkərlər”, “FlyTech”, “Boat Racing” - “Gəmi yarışması”, “H2 Grand Prix PRO” adlı ümumilikdə 12 yarış, 15 yaş kateqoriyaları üzrə, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında keçiriləcək.

STEAM İnnovasiya Mərkəzinin İnnovativ təhsil departamentinin müdiri Təranə İbrahimlinin “Azərbaycan müəllimi” qəzetinə verdiyi son məlumata əsasən, SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalına ümumi qeydiyyatdan keçən şəxslərin sayı 5520 nəfər təşkil edir. Onlardan 2478 nəfər Bakı şəhəri üzrə, 2753 nəfər isə regionlar üzrə qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərin 289 nəfəri xarici ölkə vətəndaşlarının payına düşür. Eyni zamanda, qeydiyyatdan ümumi olaraq 1380 komanda keçib.

Seçim mərhələsindən uğurla keçərək SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak hüququ qazananların ümumi iştirakçı sayı 1019 nəfərdir. Onlardan 352 nəfəri qız, 667 nəfəri isə oğlandır. Festivalda ümumi olaraq seçim turundan müvəffəqiyyətlə keçən 268 komanda iştirak edəcək. Komandalardan 231-i yerli iştirakçıların payına düşür. Bakı şəhəri üzrə 135 komanda, regionlar üzrə isə 96 komanda festivalda iştirak hüququ qazanıb. Regionları təmsil edən komandalar Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Zaqatala, Lənkəran, Astara, Masallı, Şirvan, Füzuli, Şəmkir, Balakən, Qazax, Oğuz, Qax, Bərdə, Ağdaş, İsmayıllı daxil olmaqla ölkəmizin müxtəlif bölgələrini əhatə edir.

Xarici ölkələrdən ümumilikdə 37 komanda seçim mərhələsində uğur qazanıb və SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edəcək. Bunlar ümumi olaraq 9 ölkəni təmsil edən iştirakçılardır. Belə ki, Türkiyədən 78, Özbəkistandan 18, Türkmənistandan 8, Bolqarıstandan 4, Çexiyadan 4, İngiltərədən 8, Qazaxıstandan 27, Norveçdən isə 4 nəfər iştirakçının SAF 2023 festivalına qatılacağı gözlənilir.

AF 2023 Festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. Dünyada bu istiqamətdə təşkil edilən olimpiadalara, yarışlara şagirdlər və məktəblər xüsusi olaraq qatılırlar. Prosesə mərkəzləşdirilmiş şəkildə yanaşma daha yaxşı nəticələr əldə etməyə imkan yaradır. Bu cür tədbirlərin keçirilməsi STEAM sahəsinin ölkə üzrə tətbiqi və genişlənməsi baxımından olduqca əhəmiyyətlidir.

Oxşar xəbərlər

Bütün xəbərlər