Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun açılışı olub - FOTO

Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun açılışı olub - FOTO

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı həftə” keçirilir. Layihə dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar təşkil olunur.

tehsilmedia.info xəbər verir ki, Nazirlikdən "Tehsil.biz"ə verilən məlumta görə, layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.

Zəngin proqramı olan “Yaradıcı həftə” çərçivəsində 28-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçirilir.

Forum ekosistem oyunçuları arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin və mövcud problemlərin müzakirəsi, yaradıcı sənaye sahəsinin kompleks şəkildə inkişaf imkanlarının araşdırılması məqsədilə təşkil olunur.

Noyabrın 28-də forumun açılış mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, müvafiq qurumların nümayəndələri, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar forum müddətində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilən Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (MY EXPO–2023) ilə tanış olublar. Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq bildirib ki, yaradıcı sənayelər mədəniyyətin vacib sahələrindən biridir: “Mədəniyyət Nazirliyi olaraq noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı həftə” elan etmişik. Həftə çərçivəsində müxtəlif tədbirlər təşkil olunacaq. Mədəniyyət və Yaradıcı Sənayelər Forumu da həftənin əsas tədbirlərindən biridir. Forumdan gözləntimiz mədəniyyətin digər sahələri kimi, yaradıcı sənayelərin müxtəlif sahələrini müzakirə etmək, gələcək çağırışları üzərində işləmək və yol xəritəmizi müəyyən etməkdən ibarətdir”.

Nazir bildirib ki, dövlət tərəfdən bu sahəyə xüsusi yanaşma mövcuddur. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda mədəniyyət və yaradıcı sənayelərə xüsusi yer ayrılıb. Bu, dövlətin mədəniyyət və yaradıcı sənaye sahəsinə nə dərəcədə önəm verdiyinin göstəricisidir: “Düşünürük ki, forumun bu kontekstə böyük əhəmiyyəti olacaq. Forum müddətində Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi də təşkil olunur. Məqsəd mədəniyyət və yaradıcı sənayelərin əhatə etdiyi sahələri əyani şəkildə göstərməkdir”.

Diqqətə çatdırılıb ki, forumda 7 paneli əhatə edən müzakirələr olacaq, 3 dəyirmi masa keçiriləcək. Həmçinin həftə çərçivəsində “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi təşkil ediləcək. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 10 yaradıcı klaster üzrə Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı və Şuşada ümumilikdə 100 tədbirin keçirilməsi nəzərdə tutulur.

Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkə iqtisadiyyatı üçün yeni yanaşmalardan hesab olunan mədəniyyət və yaradıcı sənayelərə həsr olunan forumun əhəmiyyətini yüksək qiymətləndirib, layihənin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Mədəniyyət Nazirliyi tərəfindən il ərzində mədəniyyətin müxtəlif sahələri üzrə keçirilən forumların əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür forumlar müvafiq sahələrdə maraqlı tərəflər üçün bir yol xəritəsi müəyyən edir.

Çıxışlardan sonra forum işini panel sessiyalarla davam etdirib.

Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun açılışı olub - FOTO

Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun açılışı olub - FOTO

Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun açılışı olub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər