Xəbər lentiwidget-title-icon

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

İran inqilabı və tiryək-2-ci yazı

İran inqilabı və tiryək-2-ci yazı

1979-cu il inqilabından sonra Ayətullah Ruhullah Xomeyni narkotikdən istifadəni “qeyri-islami” elan edərək, bir daha asılılığı azaltmağa çalışdı. Ayətullah narkotik vasitələrin edamını “qeyri-insani” adlandırsa da, inqilab narkotik cinayətkarlarını geniş şəkildə həbs edən və edam edən “təmizləmə” proqramını tətbiq etdi.

İnqilab Tribunallarının bədnam baş hakimi və eyni zamanda Narkotiklərlə Mübarizə İnqilabi Şurasının rəhbəri, əvvəllər kiçik din xadimi olan Sadiq Xalxali 1979-cu ildə 11 aylıq hakimiyyəti dövründə ən azı 1582 narkotik satıcısı və yüzlərlə başqa aidiyyəti olmayan adamlarla birlikdə ölüm cəzasına məhkum, zəyali cinayətlərə görə özbaşına, heç bir qanuni proses olmadan edam etdirib.

Narkotik cinayətlərinə görə ölüm cəzasının tətbiqi 1988-ci ildən sonra güclənib və o vaxtdan bəri təxminən 19.000 nəfər narkotiklə əlaqəli cinayətlərə görə edam edilib.

İnqilab həmçinin xaşxaşın qanuni becərilməsi ilə bağlı yerli təcrübələrə son qoydu. İran fermerlərinə iqtisadi təsirlərə baxmayaraq, hər hansı qeyri-qanuni əkinçilik də effektiv şəkildə yatırıldı. Tiryək və metadonun saxlanması dayandırıldı, lakin geniş yayılmış asılılığın başqa müalicəsi mövcud deyildi.

Və bir daha kənar şəxslər narkotiklərə olan sıx tələbatı təmin etmək üçün hərəkətə keçdilər. O vaxta qədər Türkiyə öz tiryək istehsalını faktiki olaraq leqallaşdırmış və qeyri-qanuni ticarətə yönəlmənin qarşısını almışdı. Birləşmiş Ştatlar belə qanuni türk tiryəkinin əhəmiyyətli bir hissəsini almağı öhdəsinə götürmüşdü. Beləliklə, narkotik qaçaqmalçılığı Pakistana keçdi.

Xaşxaş becərilməsi Pakistanın yoxsul bölgələrində başladı və 1980-ci illərdə İran, Avropa və digər bazarları təmin edərək orada inkişaf etdi. 1990-cı illərin əvvəllərində Pakistanın qeyri-qanuni istehsalı ABŞ-ın maliyyələşdirdiyi "məhvetmə və alternativ yaşayış vasitələrinin səyləri" nəticəsində qurudu.

Beləliklə opiat istehsalı Əfqanıstana keçdi və 1980-ci illərin ortalarından etibarən narkotik pulları ilə birlikdə işğalçı Sovet Ordusu ilə vuruşan mücahidləri maliyyələşdirdi. Mücahidləri ac qoymaq, əhali arasında yemək və sığınacaqdan məhrum etmək üçün Sovet Ordusu yandırılmış torpaq siyasətini həyata keçirdi.

Sovetlər kənd əhalisini şəhərlərə qovmaq üçün (onların nəzarətində idilər) meyvə bağlarını və əkin sahələrini yandırdılar, su kanallarını dağıtdılar. Nəticədə xaşxaş becərilməsi əhəmiyyətli dərəcədə artdı: sadəcə olaraq heç bir başqa məhsul sərt hava şəraitində, su və gübrə çatışmazlığından sağ çıxa bilmədi. Emal edilməli olan və yaxşı yollardan, qanuni əlavə dəyər zəncirlərindən və bazarlardan asılı olan qanuni mallardan fərqli olaraq, yığılmış tiryək xarab olmazdı.

Məhv edilmiş torpaqlarda çiçəklənən heroin istehsalının Sovet Ordusunu da geniş şəkildə aludə etməsi əfqan xalqına az da olsa rahatlıq verdi. 1990-cı illərdə Talibanların onsuz da yoxsul və viran olmuş ölkəni 9-cu əsrə qaytarmaq siyasəti - idarəetmənin və sosial-iqtisadi obyektlərin məqsədyönlü məhv edilməsi - bir əsas nəticə verdi: getdikcə daha çox xaşxaş.

1998-ci ilə qədər Əfqanıstan dünyanın ən böyük opiat istehsalçısı kimi Myanmanı üstələdi. O vaxtdan bəri qeyri-qanuni üzvi opiatların dominant tədarükçüsü olaraq qalır.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Narkoekspert Emil Maqalov

Oxşar xəbərlər

Bütün xəbərlər