Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Qarabağ Universiteti Azərbaycanın ən aparıcı ali məktəbi olacaq!

Qarabağ Universiteti Azərbaycanın ən aparıcı ali məktəbi olacaq!

Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndidə Qarabağ Univeristetinin yaradılma ideyası reallaşdı.

Maraqlıdır, Qarabağ Universitetində təhsilin inkişafı üçün hansı addımlar atılacaq?

tehsilmedia.info xəbər verir ki, məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Qarabağ Universiteti ali təhsil almaq istəyənlər üçün böyük bir fürsət olacaq:

Qarabağ Universiteti Azərbaycanın ən aparıcı ali məktəbi olacaq!

“Bu universitetin yaradılması məhz Qarabağda və Şərqi Zəngəzurda kadr potensialının gücləndirilməsi və həmin ərazidə yaşayacaq Azərbaycan vətəndaşlarının ali təhsil alması üçün əla bir imkan olacaq. Azərbaycanın müxtəlif şəhər və rayonlarında universitetlər var. Region universitetlərin inkişafına Azərbaycan dövləti çox böyük önəm verir. Bu baxımdan da Xankəndidə Qarabağ Universitetinin yaradılması və inkişaf etdirilməsi üçün Azərbaycanın aidiyyətı qurumları lazımi tədbirləri görəcəklər”.

Deputat qeyd edib ki, yaradılan yeni ixtisasların Qarabağ Universitetində tədris olunması zərurətə çevrilib:

“Bütün bunlarla yanaşı biz unutmamalıyıq ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl ərazi elan olunub. Burada “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları reallaşdırılır. Müasir dövrün tələblərinə cavab verəcək şəhər, rayon və qəsəbələr tikilir. Bütün infrastruktur layihələr müasir dövrün tələblərinə cavab verir. Gələcək ixtisasların məhz Qarabağ Universitetində tədris olunması, düşünürəm ki, vacibdir. Eyni zamanda, gələcəkdə əmk bazarının tələblərinə uyğun ixtisaslar üzrə təhsilib verilməsi təkcə yerli deyil, xarici tələbələrin də cəlb olunmasına böyük dəstək verəcək”.

Həmsöhbətimiz son olaraq söyləyib ki, Qarabağ Universiteti Azərbaycanın top 10 universitetindən biri olacaq:

“Hesab edirəm ki, Qarabağ Universiteti ən qısa zamanda Azərbaycanın ən aparıcı universitetlətindən biri ola biləcək. Çünki dövlət qayğısı və diqqəti bu universitetin üzərində olacaq.Çox faydalı və uğurlu bir fəaliyyətin baş tutacağına inanıram”.

“Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə universitetlərin, müxtəlif təhsil ocaqlarının yaradılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur”

Bu sözləri Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

[center]Qarabağ Universiteti Azərbaycanın ən aparıcı ali məktəbi olacaq!

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbədən sonra əsas məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır:

"Məlumdur ki, "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin evlərlə, həmçinin işlə və bunlara paralel olaraq onların təhsil almaq hüququnun təmin edilməsinə ciddi fikir verilir. Ona görə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə universitetlərin, müxtəlif təhsil ocaqlarının yaradılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur".

Həmsöhbətimiz son olaraq vurğulayıb ki, Qarabağda elmə-təhsilə xüsusi qayğı göstərilib və daimi bu məsələ diqqətdə saxlanılıb:

"Bu baxımdan ali təhsil müəssisəsinin ilk olaraq məhz Xankəndidə yaradılması xüsusilə vacibdir. Bu addım həm də regionda yüksək ixtisaslı kadrların hazırlanması baxımından olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, Qarabağ Universiteti gələcəkdə perspektivli ali təhsil müəssisələri sırasında olacaq. Bu təhsil ocağı 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi zaman Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə ümumiyyətlə, fəaliyyətini dayandırıb".

Oxşar xəbərlər

Bütün xəbərlər